Səttar Möhbalıyev: "Şuşadan dünyaya ünvanlanan siyasi mesajlar"
Tarix: 14-07-2026 | Saat: 09:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun formalaşdığı strateji məkana çevrilib. İyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumu bunu bir daha təsdiqlədi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda təşkil olunan Forumda Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarına verdiyi cavablar əslində Azərbaycanın yeni geosiyasi baxışının təqdimatı idi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Forumun ilk dəqiqələrində dövlət başçısı Şuşanın simvolik məna yükünü xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, xarici media nümayəndələrinin Qarabağın dağıntılardan inkişaf mərhələsinə keçidini öz gözləri ilə görməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Bu fikir təkcə informasiya siyasəti deyil, həm də diplomatik strategiyadır. Uzun illər beynəlxalq mediada Qarabağ haqqında formalaşdırılan birtərəfli təsəvvürlərə qarşı Azərbaycan indi faktlarla, bərpa olunan şəhərlərlə və doğma yurdlarına qayıdan insanlarla cavab verir. Cənab Prezident İlham Əliyevin müsahibəsində ən mühüm istiqamətlərdən biri Azərbaycanın artan geosiyasi çəkisi idi. Orta Dəhliz, Şimal–Cənub marşrutu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və yeni logistika layihələri haqqında danışarkən dövlət başçısı əslində qlobal ticarət xəritəsinin dəyişdiyini göstərirdi. Qırmızı dənizdə və Hörmüz boğazında yaranan gərginlik fonunda quru dəhlizlərinin strateji əhəmiyyəti artır və Azərbaycan bu yeni reallığa əvvəlcədən hazırlaşmış ölkə kimi çıxış edir. Xəzərdə 15 milyon tonluq liman gücünün 25 milyon tona çatdırılması, yeni gəmilərin tikilməsi və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin genişləndirilməsi Azərbaycanın artıq sadəcə tranzit ölkə deyil, Avrasiyanın əsas əlaqələndirici dövlətlərindən birinə çevrildiyini göstərir. Türkiyə ilə münasibətlərə dair səslənən fikirlər də xüsusi diqqət çəkdi. Cənab Prezidentin “Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik” ifadəsi emosional bəyanatdan daha çox regional təhlükəsizlik formuludur. Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik artıq Cənubi Qafqazın siyasi arxitekturasının əsas sütunlarından biridir. Dövlət başçısının qonşu ölkələrə “Türkiyə və Azərbaycan modeli nümunə olmalıdır” mesajı isə əməkdaşlıq və qarşılıqlı etimad əsasında qurulan regional münasibətlərin alternativsiz olduğunu göstərir. Avropa təsisatları ilə bağlı cavablar müsahibənin ən sərt siyasi hissələrindən biri oldu. Cənab Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərdə yeni müsbət dinamikanı qeyd etsə də, AŞPA-nın Azərbaycana qarşı tətbiq etdiyi məhdudiyyətləri açıq şəkildə ədalətsiz adlandırdı. Dövlət başçısının fikirlərində əsas məqam ondan ibarət idi ki, Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi insan hüquqları məsələsi ilə deyil, suverenliyin tam bərpasına görə ölkəmizi cəzalandırmaq cəhdi ilə bağlıdır. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə yalnız bərabərhüquqlu əməkdaşlığı qəbul etdiyini bir daha nümayiş etdirdi. ABŞ-la münasibətlərə dair səslənən fikirlər isə yeni mərhələnin başlandığını göstərdi.
Millət vəkili onu da dedi ki, Cənab Prezident İlham Əliyev 907-ci düzəlişin artıq tamamilə köhnəldiyini əsaslandıraraq bildirdi ki, bu gün Azərbaycan Ermənistan üçün tranzit imkanları açır, hətta enerji məhsulları təchiz edir. Dövlət başçısı Tramp administrasiyası ilə münasibətləri “heç zaman görmədiyimiz zirvə səviyyəsi” kimi xarakterizə etdi. Strateji tərəfdaşlıq, süni intellekt, rəqəmsal transformasiya, enerji təhlükəsizliyi və müdafiə sənayesi üzrə yaradılan işçi qrupları Azərbaycan–ABŞ əlaqələrinin yeni məzmun qazandığını göstərir. Müsahibənin ən maraqlı hissələrindən biri “orta güc” anlayışının şərhi idi. Cənab Prezident İlham Əliyev bu termini yalnız iqtisadi və ya hərbi potensialla əlaqələndirmədi. Onun fikrincə, orta güc olmaq milli maraqları müstəqil şəkildə müdafiə etmək, regiondan kənardakı proseslərə təsir göstərmək və məsuliyyət daşımaq deməkdir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin siyasi-nəzəri izahı kimi çıxış edir. Enerji diplomatiyası ilə bağlı səslənən fikirlər də strateji əhəmiyyət daşıyırdı. Hazırda 16 ölkəyə qaz ixrac edən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Almaniya və Avstriyaya ixracın başlanması, “ACG Deep Gas” layihəsi, 2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücü planı və yeni bazarlara, o cümlədən Suriyaya çıxış Azərbaycanın enerji strategiyasının uzunmüddətli xarakter daşıdığını göstərir. Yaxın Şərqdəki gərginliklə bağlı suallara cavab verən cənab Prezident İlham Əliyev mühüm siyasi mesaj səsləndirdi: “Sülh mümkündür”. Dövlət başçısı Azərbaycanın 30 il müharibə şəraitində yaşadığını xatırladaraq, silahlı qarşıdurmanın ən qızğın mərhələsindən sonra “vaxtında dayanmağın” vacibliyini vurğuladı. Bu fikir həm Ermənistanla müharibə təcrübəsinə, həm də İran–ABŞ qarşıdurmasına münasibətdə Azərbaycanın yanaşmasını ifadə edir. Medianın rolu ilə bağlı cavablar isə Forumun əsas mövzusunu tamamladı. Cənab Prezident İlham Əliyev müstəqil medianın neo-müstəmləkəçilik narrativlərinin dəyişdirilməsində mühüm rol oynaya biləcəyini bildirdi. Bakı Təşəbbüs Qrupunun fəaliyyətini nümunə göstərən dövlət başçısı vurğuladı ki, insan hüquqları məsələləri ümumbəşəri xarakter daşıyır və bu mövzuların gündəmə gətirilməsi heç bir ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilməz. Müsahibənin ən çox sitat gətirilən fikri isə Ukrayna ilə bağlı oldu: “Heç vaxt işğalla barışmamaq”. Bu cümlə təkcə Ukraynaya ünvanlanan məsləhət deyil, Azərbaycanın öz tarixi təcrübəsindən çıxardığı nəticənin beynəlxalq ifadəsidir. Cənab Prezident İlham Əliyev bununla göstərdi ki, suverenliyin müdafiəsi və işğal faktının qəbul edilməməsi müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biridir.
IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq regional hadisələrin passiv iştirakçısı deyil. Cənab Prezident İlham Əliyevin suallara verdiyi cavablar ölkənin geosiyasi baxışını, diplomatik prioritetlərini və milli maraqlara əsaslanan dövlətçilik modelini aydın şəkildə ortaya qoydu. Bu müsahibə jurnalistlərlə dialoqdan daha artıq məna daşıyırdı. O, Azərbaycanın XXI əsrdə özünü necə gördüyünü və dünyaya hansı mesajları verdiyini göstərən siyasi manifest idi. Bu gün Şuşadan yüksələn səs artıq təkcə Qarabağın deyil, yeni geosiyasi reallıqların səsidir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-07-2026
13-07-2026
19:55 Dövlətin “Şuşa dili”