Azərbaycan Avropa məkanında etibarlı tərəfdaşdı
Tarix: 17-07-2026 | Saat: 11:09
Bölmə:Siyasət | çapa göndər

Cənab Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri zamanı Şuşada səsləndirdiyi bəyanat ölkəmizin xarici siyasətində yeni mərhələnin əsas istiqamətlərini əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Bu çıxış təkcə Azərbaycan ilə Slovakiya arasında mövcud münasibətlərin bugünkü səviyyəsini deyil, eyni zamanda Azərbaycanın Avropa məkanında etibarlı, prinsipial və uzunmüddətli tərəfdaş kimi nüfuzunun daha da gücləndiyini nümayiş etdirdi. Şuşada verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan-Slovakiya əlaqələri artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini geridə qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son illərdə qarşılıqlı rəsmi səfərlərin artması, siyasi dialoqun davamlı xarakter alması və müxtəlif sahələr üzrə həyata keçirilən konkret layihələr iki ölkə arasında formalaşmış yüksək etimadın aydın göstəricisidir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Şuşada səsləndirilən fikirlər isə həmin sənədin yalnız formal xarakter daşımadığını, artıq praktik əməkdaşlıq və konkret layihələr vasitəsilə uğurla reallaşdırıldığını nümayiş etdirdi. Bu da Azərbaycan diplomatiyasının nəticəyə hesablanmış siyasətinin növbəti uğurlu təzahürüdür. Çıxış zamanı diqqət çəkən əsas məqamlardan biri cənab Prezident İlham Əliyevin "biz konkret işlərin tərəfdarıyıq" ifadəsi oldu. Məhz bu prinsip son illərdə Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan beynəlxalq münasibətləri yalnız bəyanatlarla deyil, qarşılıqlı maraqlara xidmət edən layihələr, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə əldə olunan real nəticələrlə qiymətləndirir.
Şuşada keçirilən danışıqların zəngin gündəliyi də bu yanaşmanı bir daha təsdiqlədi. İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, enerji sahəsində əməkdaşlığın inkişafı, hərbi-texniki istiqamətdə qarşılıqlı fəaliyyət, investisiya imkanlarının artırılması və digər sahələr üzrə aparılan müzakirələr Bakı ilə Bratislava arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını nümayiş etdirdi. Bu isə münasibətlərin təsadüfi deyil, ortaq strateji maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq modeli üzərində qurulduğunu göstərir. Səfərin ən əhəmiyyətli siyasi məqamlarından biri Slovakiyanın Qarabağın yenidən qurulması prosesində fəal iştirak etməsidir. Prezidentlərin birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə səfəri və Slovakiya şirkətinin həyata keçirdiyi "Ağıllı kənd" layihəsi işğaldan azad olunmuş ərazilərdə beynəlxalq tərəfdaşlığın yeni nümunəsini ortaya qoyur. Bir zamanlar dağıntı və işğalın rəmzi olan Qarabağ bu gün beynəlxalq əməkdaşlığın, innovativ texnologiyaların və dayanıqlı inkişaf layihələrinin həyata keçirildiyi müasir inkişaf məkanına çevrilir. Slovakiyanın bu prosesə qoşulması yalnız iqtisadi əməkdaşlığın göstəricisi deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövrünün inkişaf strategiyasına verilən siyasi dəstəyin ifadəsidir. Əslində Qarabağın bərpasında iştirak edən hər bir beynəlxalq tərəfdaş Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış proqramının uğuruna öz töhfəsini vermiş olur. Bu baxımdan Slovakiyanın seçdiyi əməkdaşlıq modeli qarşılıqlı etimadın və dostluq münasibətlərinin praktik nəticəsi kimi qiymətləndirilə bilər. Şuşada verilən digər mühüm mesaj isə şəhərin beynəlxalq siyasi dialoq məkanı kimi sürətlə formalaşması idi. Son illərdə müxtəlif dövlət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu nümayəndə heyətlərinin məhz Şuşaya səfər etməsi bunun təsadüfi olmadığını göstərir. Azərbaycan bununla dünyaya nümayiş etdirir ki, işğaldan azad edilmiş torpaqlar artıq təhlükəsizlik, sabitlik və inkişafın hökm sürdüyü bir məkana çevrilib. Prezident Peter Pelleqrinin Qarabağa səfəri də bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Bu səfər beynəlxalq ictimaiyyətə növbəti dəfə çatdırdı ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi sürətlə bərpa olunur və beynəlxalq əməkdaşlıq üçün tam açıqdır.
Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın prioritet istiqamətlərindən biri də enerji sahəsidir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun getdikcə artdığı bir dövrdə Slovakiya ilə enerji əməkdaşlığının genişləndirilməsi həm ikitərəfli münasibətlərin inkişafı, həm də Avropa enerji bazarının şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Slovakiya ilə aparılan dialoq da qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə söykənir. Şuşada səsləndirilən bəyanat bir daha nümayiş etdirdi ki, Azərbaycanın xarici siyasətinin əsasını etibarlılıq, qarşılıqlı hörmət və real nəticələr təşkil edir. Slovakiya ilə münasibətlərin bugünkü yüksək səviyyəsi də məhz bu siyasi kursun uğurlu nəticəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Avropa dövlətləri ilə əlaqələrini bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirir. Qarabağın bərpası beynəlxalq əməkdaşlığın yeni ünvanına çevrilir, Şuşa isə regionun mühüm diplomatik və siyasi mərkəzi kimi nüfuzunu ildən-ilə daha da artırır. Dövlət başçısının Şuşadan verdiyi mesajlar göstərdi ki, Azərbaycanın xarici siyasətində strateji tərəfdaşlıq anlayışı artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret layihələrdə, real təşəbbüslərdə və uzunmüddətli inkişaf strategiyasında öz real təsdiqini tapır.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026
16-07-2026