Mobil versiya
Azərbaycanın UEFA reytinqində irəlilədi
Tarix: 17-07-2026 | Saat: 11:50
Bölmə:İdman | çapa göndər

Azərbaycanın UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib.

aia.az xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələr səbəb olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri" komandasını, "qartallar" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu 3:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Azərbaycanın cari mövsüm üzrə UEFA reytinqinə topladığı əmsal 1,500-ə yüksəlib. Ölkəmizin ümumi əmsalı isə 20,062-yə çatıb və Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2026