AQTA araşdırır: Lavaş hansı hallarda sağlamlıq üçün təhlükəyə çevrilə bilər?
Tarix: 17-07-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

Gəncə şəhəri və Samux rayonunda baş verən kütləvi qida zəhərlənmələri qida təhlükəsizliyi məsələsini yenidən diqqət mərkəzinə gətirib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ilkin məlumatına görə, hər üç hadisədə istifadə olunan lavaşların qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışa çıxarıldığı müəyyən edilib. Hazırda məhsullardan götürülən nümunələr laborator müayinədən keçirilir.
Qida mütəxəssisi İlkin Şirinov bildirir ki, lavaş özü yüksək riskli qida məhsulu hesab olunmur. Onun sözlərinə görə, əsas təhlükə məhsulun hazırlanması, saxlanılması və daşınması zamanı sanitar-gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır.
Mütəxəssis qeyd edir ki, çarpaz çirklənmə, uyğun olmayan temperatur şəraiti və gigiyena normalarının pozulması mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Xüsusilə yay aylarında yüksək temperatur bu riski daha da artırır. Bundan əlavə, xəmir hazırlanarkən istifadə olunan suyun keyfiyyəti də məhsulun təhlükəsizliyində mühüm rol oynayır.
İlkin Şirinovun sözlərinə görə, istehlakçılar üzərində istehsalçı məlumatları, istehsal və son istifadə tarixi göstərilməyən, markalanmayan məhsulları almaqdan çəkinməlidirlər. Antisanitar şəraitdə, qeydiyyatsız sexlərdə və ya ev şəraitində hazırlanan qidaların sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini vurğulayan mütəxəssis, yalnız rəsmi tələblərə uyğun istehsal olunan məhsullara üstünlük verilməsini tövsiyə edir.
Ekspert əlavə edib ki, lavaşların saxlanıldığı anbarlarda dezinfeksiya işlərinin aparılması, gəmirici və həşəratlara qarşı mübarizə tədbirlərinin görülməsi vacibdir. Saxlanma zamanı məhsulun kiflənməsi və ya zərərvericilərlə təması qida təhlükəsizliyi baxımından ciddi risk hesab olunur.
AQTA-nın məlumatına görə, iyulun 12-də və 14-də Gəncə şəhərində, iyulun 15-də isə Samux rayonunda baş vermiş zəhərlənmə hadisələri ilə bağlı araşdırmalar davam etdirilir. Qurum vətəndaşlara mənşəyi məlum olmayan, markalanmayan və qanunvericiliyin tələblərinə uyğun istehsal edilməyən qida məhsullarını almamağı və yalnız etibarlı satış məntəqələrindən alış-veriş etməyi tövsiyə edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-07-2026