Mobil versiya
Zakir Həsənov hərbi attaşelərlə görüş keçirib
Tarix: 03-08-2026 | Saat: 20:04
Bölmə:Ölkə | çapa göndər

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrdəki səfirliklər nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüş keçirib.
Bu barədə "aia.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni yaradılmış attaşelik aparatları barədə ətraflı məlumat verilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin, eləcə də ölkədə ordu quruculuğu sahəsində aparılan islahatların beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.

Z.Həsənov hərbi attaşelik aparatlarının xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və hərbi əməkdaşlığın inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026