Lökbatanda məhəllədaxili yol uçub – Kim məsuliyyət daşıyır?
Tarix: 20-08-2026 | Saat: 15:37
Bölmə:Manşet / Özəl | çapa göndər

Sosial şəbəkələrdə Lökbatan qəsəbəsində məhəllədaxili yolda yaranmış təhlükəli vəziyyəti əks etdirən görüntülər yayılıb. Görüntülərdə yolun müəyyən hissəsinin uçduğu və ərazidə ciddi təhlükə yarandığı görünür. Yolun sonunun açıq qalması həm piyadalar, həm də nəqliyyat vasitələri üçün risk yaradır. Xüsusilə gecə saatlarında və ya əlverişsiz hava şəraitində təhlükənin daha da artacağı bildirilir. Ərazidən keçən sürücülərin uçqun olan hissəni vaxtında görməməsi qəza ilə nəticələnə bilər.
Sakinlər yolun mövcud vəziyyətindən narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, əraziyə yaxın yaşayan insanlar və həmin yoldan istifadə edənlər hər gün təhlükə ilə üz-üzə qalırlar. Yolun uçmuş hissəsində hər hansı xəbərdaredici nişanın və ya təhlükəsizlik baryerinin olub-olmaması da diqqət çəkən məsələlərdəndir. Sakinlər təhlükəli ərazinin qısa müddətdə nəzarətə götürülməsini istəyirlər. Onlar aidiyyəti qurumların məsələyə müdaxilə etməsini və yolun bərpası üçün tədbir görülməsini tələb edirlər. Bu isə məhəllədaxili yoldan istifadəni daha da təhlükəli vəziyyətə sala bilər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi də maraq doğurur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli aia.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən yol sahəsi qəsəbədaxili ərazidə yerləşir:
“Ona görə də Agentliyin balansında deyil. Bu səbəbdən həmin yolun saxlanılması, təmiri və ərazidə müvafiq yol işlərinin görülməsi AAYDA-nın səlahiyyətlərinə aid deyil”.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab verilməyib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən mövqe bildirildiyi təqdirdə, qarşı tərəfin açıqlamasını da yayımlamağa hazırıq.
Aysel Elnur
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-08-2026