İranın Zəngəzur “sancısı”nın SƏBƏBİ – Tehran oyundan kənarda qalmaq istəmir
Tarix: 21-08-2026 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

Zəngəzur marşrutu ətrafında İranın uzun müddətdir nümayiş etdirdiyi həssaslığın arxasında təkcə təhlükəsizlik məsələlərinin deyil, geosiyasi və iqtisadi maraqların da dayandığı barədə fikirlər səslənir. İranlı ekspert Mehdi Məqsuminin son açıqlamaları bu müzakirələri yenidən gündəmə gətirib.
Məqsumi Zəngəzur dəhlizini ABŞ-nin “TRIPP” adlandırılan geoiqtisadi layihəsi kimi xarakterizə edərək Tehranın yanaşmasını dəyişməsinin mümkünlüyünü irəli sürüb. Onun fikrincə, İran layihəyə yalnız etiraz edən tərəf kimi deyil, müəyyən şərtlər daxilində regional nəqliyyat şəbəkəsinin iştirakçısı kimi yanaşmalıdır.
İranlı ekspert hesab edir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantı yaradılacağı halda, İranın da formalaşacaq nəqliyyat sisteminə qoşulması məsələsi gündəmə gətirilə bilər. Beləliklə, marşrutun yalnız Azərbaycan-Ermənistan xətti deyil, daha geniş çoxtərəfli nəqliyyat şəbəkəsi formasında qurulması təklif edilir.
Məqsumi İranın əlində alternativ imkan olduğunu da xatırladıb. Söhbət Azərbaycanı Naxçıvanla İran ərazisindən birləşdirəcək Araz marşrutundan gedir. Bu alternativ Tehrana regional tranzit proseslərində öz rolunu qorumaq üçün əlavə imkan verə bilər.
Lakin siyasi ekspert Züriyə Qarayeva İranın ABŞ ilə mövcud qarşıdurması fonunda TRIPP layihəsində iştirak perspektivini real hesab etmir. Onun qənaətinə görə, Vaşinqtonun sanksiyalar tətbiq etdiyi İranın ABŞ-nin siyasi dəstəyi ilə formalaşdırılan nəqliyyat layihəsindən iqtisadi dividend əldə etməsinə razılıq verilməsi çətin görünür.
Ekspert məsələnin digər mühüm tərəfinin Orta Dəhliz uğrunda geoiqtisadi rəqabət olduğunu bildirir. Yeni marşrutların inkişafı regional yükdaşımaların istiqamətini dəyişdirə və İranın mövcud tranzit əhəmiyyətinə təsir göstərə bilər. Bu səbəbdən Tehran məsələni yalnız Ermənistanla sərhəd və təhlükəsizlik prizmasından deyil, gələcək tranzit gəlirləri və regional təsir imkanları baxımından da qiymətləndirir.
Züriyə Qarayeva hesab edir ki, Ermənistanın İrana layihədə xüsusi iştirak imkanı verməsi Vaşinqtonun etirazı ilə qarşılaşa bilər. Eyni zamanda Rusiyanın da yeni nəqliyyat mexanizmində rolunun məhdudlaşdırılması perspektivi regionda əvvəlki geosiyasi balansın dəyişməsi ehtimalını artırır.
Tehrandan zaman-zaman səslənən sərt bəyanatlar da İranın prosesdən kənarda qalmaq istəmədiyini göstərən siyasi siqnallar kimi qiymətləndirilə bilər. Bununla belə, ekspert İranın layihəyə qarşı birbaşa müdaxiləyə getməsinin özü üçün ciddi siyasi və təhlükəsizlik riskləri yarada biləcəyini düşünür.
Digər tərəfdən, Araz dəhlizi İran üçün alternativ kart olaraq qalır. Azərbaycanla Naxçıvan arasında İran ərazisindən nəqliyyat bağlantısının inkişaf etdirilməsi Tehran üçün həm tranzit gəlirləri, həm də regional nəqliyyat sistemində mövqeyini qorumaq baxımından əhəmiyyət daşıya bilər.
Beləliklə, Zəngəzur marşrutu ətrafındakı mübahisənin əsas istiqamətlərindən biri də regionun gələcək tranzit xəritəsində kimin hansı paya sahib olacağıdır. İranın narahatlığını yalnız siyasi ritorika ilə izah etmək kifayət etmir. Yeni nəqliyyat xəttinin İran və Rusiyadan yan keçən daha geniş Şərq-Qərb bağlantısının mühüm hissəsinə çevrilməsi ehtimalı Tehran üçün geoiqtisadi hesablamaları ön plana çıxarır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-08-2026