Mobil versiya
Bakı-Moskva xəttində “96” problemi - Azərbaycan səfiri açıq danışdı
Tarix: 23-08-2026 | Saat: 23:11
Bölmə:Aia TV / Dünya | çapa göndər

Bakı-Moskva xəttində “96” problemi - Azərbaycan səfiri açıq danışdı


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Bakı ilə Moskva arasında münasibətlərdə böhran olmadığını bildirib.

aia.az xəbər verir ki, diplomat Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi kursunu davam etdirdiyini vurğulayıb.

Bununla yanaşı, Rəhman Mustafayev Rusiya mediasında Azərbaycanla bağlı formalaşdırılan mənfi informasiya fonunu ciddi problem adlandırıb.

Səfirin sözlərinə görə, Rusiyada azı 96 media qurumu, Telegram və YouTube kanalı Azərbaycanı “dost olmayan dövlət” kimi təqdim edən tezislər yayır.

Rəhman Mustafayev bildirib ki, Bakı Moskvadan bu cür təxribat xarakterli ritorikanın dayandırılması istiqamətində konkret addımlar gözləyir.

“Müttəfiqlik qarşılıqlı fəaliyyəti birtərəfli hərəkət küçəsi deyil”, – deyə səfir vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-08-2026