Ağ Ev ən yaxın müttəfiqini "vurdu": ABŞ Yaxın Şərqi Türkiyəyə təhvil verir
Tarix: 23-08-2026 | Saat: 22:30
Bölmə:Dünya | çapa göndər

Ağ Evin son addımları ABŞ-ın Yaxın Şərqdən tamamilə uzaqlaşması deyil, əksinə, daha çox regiondakı iştirak modelinin dəyişməsi kimi qiymətləndirilə bilər... ABŞ hərbi bazalar və genişmiqyaslı əməliyyatlar əvəzinə, siyasi-diplomatik təsir, maliyyə-iqtisadi alətlər və regional tərəfdaşlıqlarla öz mövqelərini qorumağa üstünlük verir...
ABŞ-ın Yaxın Şərq siyasətində önəmli dəyişikliklər baş verir. Ağ Ev bir tərəfdən Suriyanın “terrorçuluğu dəstəkləyən dövlətlər” siyahısından çıxarılması prosesini yekunlaşdırır. Digər tərəfdən isə İraqdakı 23 ildən artıq davam edən hərbi missiyasını başa çatdırmağa hazırlaşır. Buna paralel olaraq, İsrailin Suriya ərazisindəki hərbi əməliyyatlarının Türkiyə ilə mümkün qarşıdurma yaratmaq riski də ABŞ diplomatiyasının diqqət mərkəzinə keçib.
Onu da qeyd etmək lazımdır ki, bu proseslərin eyni vaxtda baş verməsi qətiyyən təsadüfi görünmür. Ağ Ev Yaxın Şərqdə birbaşa hərbi iştirakını müəyyən qədər azaltmaq, siyasi-diplomatik və maliyyə-iqtisadi alətlərin rolunu artırmaq barədə düşünür. Və regional təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsini yerli aktorların üzərinə keçirmək xəttinə üstünlük verir.
Məsələ ondadır ki, ABŞ Suriyanın “terror sponsoru dövlətlər” siyahısından çıxarılması istiqamətində önəmli mərhələni artıq geridə qoyub. Prezident Donald Tramp ABŞ Konqresinə Suriyanı həmin siyahıdan çıxarmaq niyyətini rəsmi şəkildə bildirmişdi. Qanunvericilikdə nəzərdə tutulan 45 günlük baxış müddəti artıq başa çatıb və qərarın qarşısını almaq üçün hər hansı bloklayıcı təşəbbüs göstərilməyib.
Təbii ki, bu addımın siyasi əhəmiyyəti onun hüquqi tərəfi qədər böyükdür. Çünki Suriyanın terrorçuluğu dəstəkləyən dövlətlər siyahısında qalması ölkənin beynəlxalq maliyyə, ticarət və investisiya əlaqələrinin genişlənməsinə ciddi məhdudiyyətlər yaradır. İndi isə Ağ Ev rəsmi Dəməşqlə iqtisadi və siyasi-diplomatik münasibətlərin daha geniş çərçivədə qurulması üçün əlavə imkanlar yaratmağa çalışır.
Belə ki, Suriyanın bu siyahıdan çıxarılması daha əvvəl tətbiq edilmiş sanksiya yumşalmalarını tamamlayan önəmli siyasi mesaj kimi qiymətləndirilə bilər. Eyni zamanda, ABŞ-ın ixrac nəzarəti sistemində də Suriyaya münasibətdə əlavə dəyişikliklərin baş verməsi üçün yol açılır. Bu isə ölkənin beynəlxalq maliyyə-iqtisadi sistemə tədricən təkrar inteqrasiyasını sürətləndirə bilər.
Suriyadakı proseslərin digər mühüm istiqaməti İsrail və Türkiyə arasındakı potensial hərbi gərginlikdir. Belə ki, ABŞ-ın Türkiyədəki səfiri, eləcə də, Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Suriya ərazisinə hava zərbəsi ilə bağlı olduqca diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə, mümkün versiyalardan biri İsrailin Türkiyəni hərbi cavab reaksiyasına sövq etməyə çalışmasıdır.
Maraqlıdır ki, ABŞ səfirinin açıqlamasına görə, İsrail Ağ Evə Türkiyə hərbi qüvvələrinin həmin ərazidə hərəkət etdiyini göstərən kəşfiyyat məlumatları təqdim edib. Ancaq ABŞ kəşfiyyatının apardığı yoxlama belə bir hərbi yerdəyişmənin olmadığını müəyyən edib. Daha ciddi məqam isə İsrailin hərbi təyyarələrinin Türkiyə sərhədinə doğru hərəkət etməzdən əvvəl nə Ağ Evi, nə də rəsmi Ankaranı bu barədə xəbərdar etməməsi ilə bağlıdır. Ona görə də, ABŞ diplomatı belə uçuşların yanlış qiymətləndirmə və təhlükəli eskalasiya riski yaratdığını vurğulayıb.
Təbii ki, bütün bu narahatlığın arxasında regionun keçmiş təcrübəsi də dayanır. Belə ki, 2015-ci ildə Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiya hərbi təyyarəsini vurması hadisəsi rəsmi Ankara və Kreml arasında ciddi siyasi böhran yaratmışdı. Ona görə də, Türkiyə sərhədləri yaxınlığında əvvəlcədən koordinasiya edilməyən hərbi uçuşlar istənilən anda daha böyük qarşıdurmaya çevrilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə-İsrail münasibətlərində gərginliyin artması isə yalnız bu iki ölkə deyil, elə ABŞ üçün də ciddi problemdir. Çünki Ağ Ev bir tərəfdən İsrailin təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Digər tərəfdən isə NATO üzvü olan Türkiyənin regiondakı mövqeyini qoruyaraq, mümkün hərbi toqquşmanın qarşısını almalıdır.
Maraqlıdır ki, Yaxın Şərq siyasətindəki dəyişikliklərin digər önəmli göstəricisi İraqdakı ABŞ hərbi missiyasının sona çatdırılması ilə bağlıdır. Belə ki, iki ölkə arasında aparılan müzakirələrdən sonra 30 sentyabr 2026-cı il tarixinin İraqdakı ABŞ hərbi missiyasının yekunlaşma günü olacağı artıq təsdiqlənib. Bununla da 2003-cü ildə İraqa müdaxilə ilə başlayan və müxtəlif mərhələlərdən keçən 23 ildən artıq davam edən ABŞ hərbi iştirakının əsas səhifəsi bağlanmış olacaq.
ABŞ qoşunlarının İraqın şimalındakı Ərbil şəhərindən çıxarılması artıq iyulun sonlarından başlayıb. Ağ Evdə hesab edirlər ki, İraq təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyini ABŞ hərbi kontingentinin əvvəlki miqyası olmadan təmin etmək imkanına malikdir. Ancaq hərbi missiyanın başa çatması ABŞ-ın İraqdan və ümumilikdə regiondan tamamilə çəkilməsi anlamına gəlmir. Əksinə, Ağ Evin yeni yanaşması hərbi iştirakın miqyasını azaltmaqla yanaşı, siyasi-diplomatik, maliyyə-iqtisadi və təhlükəsizlik əməkdaşlığını davam etdirmək üzərində qurulur.Təbii ki, Suriyanın "terror sponsoru olan dövlətlər" siyahısından çıxarılması, İraqdakı ABŞ hərbi missiyasının sona çatması və İsrail-Türkiyə gərginliyinin Ağ Evin gündəliyində yer alması Yaxın Şərqdə yeni siyasi mərhələnin başlandığını göstərir. Belə ki, ABŞ daha əvvəlki illərdə olduğu kimi, regionun bütün problemlərini genişmiqyaslı hərbi iştirak vasitəsilə təkbaşına həll etmək istəmir. Əksinə, indi daha çox regional aktorların geopolitik məsuliyyətini artırmağa çalışır. Və bununla yanaşı, Ağ Ev iqtisadi inteqrasiya, eləcə də, siyasi-diplomatik kanallar vasitəsilə öz təsir imkanlarını qorumağa üstünlük verir.
Ancaq Suriyanın beynəlxalq sistemə mərhələli şəkildə qaytarılması da bu strategiyanın önəmli faktorlarından biri ola bilər. Rəsmi Dəməşqin maliyyə-iqtisadi və siyasi-diplomatik təcridinin yumşaldılması Suriyanın gələcək regional düzəndə daha fəal aktora çevrilməsi üçün geniş imkanlar yaradır. Ancaq bu prosesin qarşısında ciddi risklər də qalır. Belə ki, İsrail-Suriya xəttində davam edən hərbi gərginlik, Türkiyənin Suriyanın şimalındakı maraqları, İranın regiondakı təsiri və müxtəlif silahlı qrupların fəaliyyəti Yaxın Şərqdə sabitliyin hələ də kövrək olduğunu göstərir.
Göründüyü kimi, Ağ Evin son addımları ABŞ-ın Yaxın Şərqdən tamamilə uzaqlaşması deyil, regiondakı iştirak modelinin dəyişməsi kimi qiymətləndirilə bilər. ABŞ hərbi bazalar və genişmiqyaslı əməliyyatlar əvəzinə siyasi-diplomatik təsir, maliyyə-iqtisadi alətlər və regional tərəfdaşlıqlar vasitəsilə mövqelərini qorumağa üstünlük verir. Əgər, bu proseslər nəzarətdən çıxmadan davam etdirilərsə, ABŞ Yaxın Şərqdə daha az birbaşa hərbi iştirakla, ancaq daha çevik diplomatik və iqtisadi mexanizmlərlə öz təsirini saxlaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-08-2026