Paşinyandan ŞOK ÇIXIŞ: “Rusiya həmişə millətləri bir-birinə qırdırıb”
Tarix: 24-08-2026 | Saat: 16:48
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərinin iki əsr ərzində yanlış təhlükəsizlik təsəvvürü üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, ermənilər Rusiyanı özlərinin təhlükəsizlik təminatçısı hesab ediblər, lakin tarix bu modelin etibarlı olmadığını dəfələrlə göstərib.
aia.az xəbər verir ki, Paşinyan Ermənistan parlamentində hökumətin qarşıdakı beş il üçün proqramını təqdim edərkən bu barədə danışıb.
Baş nazir bildirib ki, Ermənistan-Rusiya münasibətlərinin qavranılması uzun müddət əsasən hərbi və təhlükəsizlik amillərinə söykənib.
“Artıq iki əsrdir erməni-rus münasibətləri Rusiyanın erməni xalqının, daha sonra isə Ermənistan Respublikasının təhlükəsizliyinin qarantı olması anlayışı üzərində qurulub”, - Paşinyan deyib.
Onun sözlərinə görə, özü də uzun müddət Rusiyanın bu funksiyanı yerinə yetirəcəyinə şübhə etməyib. Lakin 2021, 2022 və 2023-cü illərin hadisələri göstərib ki, Moskva öz təhlükəsizlik problemləri səbəbindən bu rolu yerinə yetirmək imkanında olmaya bilər.
Paşinyan çıxışının ən diqqətçəkən hissəsində hazırkı vəziyyətlə XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən hadisələr arasında paralel aparıb. Baş nazir ermənilərin problemlərinin həllini xarici güclərə bağlamasının ətraflarında düşmən münasibətinin güclənməsinə gətirib çıxardığını söyləyib.
Paşinyanın fikrincə, ermənilər bir dövrdə hətta Rusiyanın əraziləri onların naminə ələ keçirdiyini düşünüblər:
“Bizə elə gəlirdi ki, dünyanın güclüləri, xüsusilə Rusiya bizim üçün ərazilər ələ keçirir. Bu təsəvvür ətrafımızda formalaşan düşmənçiliyi daha da gücləndirirdi. Birinci Dünya müharibəsi zamanı və ondan əvvəl Rusiyanın uğurlarına nə qədər çox sevinirdiksə, ətrafımızda düşmənçilik atmosferi bir o qədər güclənirdi”.
Baş nazir daha sonra olduqca diqqətçəkən tezis səsləndirib. Onun sözlərinə görə, Rusiya daxili problemləri və digər səbəblər üzündən bölgədən çəkiləndə ermənilər düşmən hesab etdikləri mühitlə tək qalıblar.
“Məhz belə şəraitdə talanlar qırğına, qırğın isə soyqırıma (qondarma - red.) çevrildi”, - deyə Paşinyan bildirib.
Ermənistan baş naziri hesab edir ki, erməni siyasi düşüncəsi həmin tarixi dərsi hətta XXI əsrdə də mənimsəməyib və yalnız son illərin hadisələri İrəvanı əvvəlki yanaşmanı yenidən nəzərdən keçirməyə məcbur edib.
Paşinyan bunun ardınca Ermənistanın gələcəyi ilə bağlı hakimiyyətinin yeni ideoloji xəttini açıqlayıb. Onun fikrincə, ermənilər artıq “tarixi ədalət”, “milli arzular” və dövlətin mövcud sərhədlərindən kənardakı “vətən” axtarışından imtina etməlidirlər.
“Biz çox ağır şəkildə anladıq ki, vətən dövlətdir, dövlətdən kənarda başqa vətən yoxdur. Biz bu vətəni – Ermənistan Respublikasını və onun ərazi bütövlüyünü tanımaq qərarına gəldik”, - baş nazir deyib.
Paşinyanın sözlərinə görə, məhz Ermənistanın mövcud ərazi bütövlüyünün qəbul edilməsi sülhün qurulmasını və gələcəyə aparan qapının açılmasını mümkün edib.
Beləliklə, Nikol Paşinyan çıxışında təkcə Rusiyanın Ermənistanın təhlükəsizlik qarantı olması modelini sorğulamayıb. O, erməni siyasi düşüncəsinin iki əsrə yaxın davam edən “xarici himayədar + tarixi torpaqlar” modelinin özünü də ölkənin faciələrinin səbəblərindən biri kimi təqdim edib və yeni Ermənistanın siyasətinin mövcud dövlətin sərhədləri, ərazi bütövlüyü və qonşularla sülh üzərində qurulmalı olduğunu bəyan edib.Musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026