Mobil versiya
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Tarix: 24-08-2026 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu


Avropada isti hava, uzunmüddətli quraqlıq və genişmiqyaslı meşə yanğınları yeni təhlükə yaradıb. Torpaq altında onilliklərdir qalan Birinci və İkinci Dünya müharibələrindən qalma mina və mərmilər üzə çıxmağa başlayıb.

aia.az xəbər verir ki, köhnə döyüş sursatları Fransa, Almaniya, Belçika və Niderlandın müxtəlif ərazilərində aşkarlanıb. Bəzi yerlərdə yanğın və yüksək temperaturun təsiri nəticəsində sursatların partladığı bildirilir.

Xüsusilə Belçikanın Yüksək Fens bölgəsində vəziyyət təhlükəli xarakter alıb. Meşə yanğınları 1944-cü ildə Arden döyüşlərindən qalmış köhnə minaları və mərmiləri üzə çıxarıb. Partlamamış sursatlar yanğınsöndürənlərin işini çətinləşdirir, eyni zamanda yaxınlıqdakı ərazilərdə yaşayan insanlar üçün təhlükə yaradır.

Fransanın Bordo bölgəsində də yanğınlardan sonra köhnə sursat anbarı aşkarlanıb.

Avropanın müxtəlif bölgələrində Birinci və İkinci Dünya müharibələrindən qalan böyük həcmdə partlamamış sursatın hələ də torpaq altında olduğu nəzərə alınaraq, isti və quraq hava şəraitində davam edən yanğınların yeni təhlükəli tapıntıları üzə çıxara biləcəyi bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-08-2026