Mobil versiya
Evlərin açarları təqdim olundu
Tarix: 28-08-2026 | Saat: 13:04
Bölmə:Ölkə | çapa göndər

Evlərin açarları təqdim olundu


Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
aia.az xəbər verir ki, avqustun 28-də həyata keçirilən köç çərçivəsində Şükürbəyli kəndinə 15 ailə, ümumilikdə 86 nəfər, Horovlu kəndinə isə 3 ailə – 12 nəfər köçürülüb.

Köç edən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqların işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, şəhidlərə rəhmət diləyiblər.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026