Moskva Ermənistanı Azərbaycan tərəfə İtələyir – Simonyanın o sözü...
Tarix: 28-08-2026 | Saat: 14:39
Bölmə:Dünya | çapa göndər

“Ermənistan Azərbaycanla perspektivli ticarət əlaqələri inkişaf etdirir”.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi, parlamentin sabiq sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, İrəvan ölkənin hazırkı iqtisadi vəziyyətindən çıxmaq və qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərir. “Biz iqtisadi dalan vəziyyətindəyik. Allaha şükür ki, artıq Azərbaycanla çox yaxşı ticarət əlaqələri inkişaf etdiririk. Biz işləyirik və təmaslarımız getdikcə daha intensiv xarakter almaqdadır”, - Simonyan qeyd edib.
O, Ermənistanın regionda əməkdaşlıq və qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu xüsusi vurğulayıb.
Aylar öncə, parlamentin sədri olarkən Alen Simonyan əməkdaşlıq ritorikasından çıxış edərək, Azərbaycanı Ermənistanın təhlükəsizlik qarantı adlandırmışdı...
İrəvan Bakı ilə əməkdaşlığı davam etdirməkdə nə dərəcədə səmimi və maraqlıdır? Bu, Rusiya amilinə görədirmi?Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a bildirib ki, əslində Ermənistanın başqa bir seçimi yoxdur: “Əvvəla, siyasətin əlifbasıdır ki, ən yaxşı təhlükəsizlik iqtisadi münasibətlər üzərində qurula bilər. Qoşunla, ordu ilə, barrikada ilə təhlükəsizliyi istədiyin səviyyədə və daimi təmin eləmək çətin məsələdir.
Ermənistan başa düşür ki, böyük sərhəd qonşusu olan Azərbaycanla iqtisadi əlaqələr qurmaqla və hər iki dövlətin iqtisadi maraqları olan yerdə dayanıqlı barış və sabitlik ola bilər. Bu, iqtisadi cəhətdən təhlükəsizliyin sığortasıdır. Üstəlik qonşu dövlətlərlə münasibət məsələsindən başqa Azərbaycan Avropa ilə Asiya arasında “qızıl körpüdür” və bu ən yaxın zamanlarda Zəngəzur dəhlizi açılandan sonra da xeyli dərəcədə mənfəət gətirən bir bölgə olacaq.
Burada Ermənistan iştirak eləmək istəyir. İrəvan başa düşür ki, iqtisadi cəhətdən Rusiyadan asılılığı gələcəkdə Ermənistan üçün ən müxtəlif ciddi problemlərə yol aça bilər. Ona görə də Azərbaycanla iqtisadi əlaqələrdə maraqlı olmasında Rusiya amili də var. Amma əsas səbəb Ermənistanın öz iqtisadi təhlükəsizliyini, siyasi təhlükəsizliyini Azərbaycanla münasibətlərdə görməsidir.
İrəvan həm də anlayır ki, Azərbaycanla yaxşı münasibətlər qurmaq böyük qonşusu Türkiyə ilə də münasibətlərin yaranması demək olacaq. Ermənistanın mövqeyini məcburi səmimiyyət kimi qəbul eləmək mümkündür”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2026