Adəm İsmayıl Bakuvi: "Azərbaycan Avrasiyanın yeni geosiyasi xəritəsində söz sahibinə çevrilib"
Tarix: 02-09-2026 | Saat: 12:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Böyük Avrasiya məkanında geosiyasi vəziyyətin sürətlə dəyişdiyi, dövlətlər arasında siyasi və iqtisadi münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdiyi müasir dövrdə Azərbaycan öz strateji mövqelərini daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində Bişkekə səfəri və burada keçirdiyi görüşlər Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, daha geniş Avrasiya coğrafiyasında artan nüfuzunu və siyasi çəkisini nümayiş etdirən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər.
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.
Partiya sədri qeyd edib ki, Bişkekdə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini və gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə ortaya qoydu. Xüsusilə Qırğızıstanla əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması Türk dünyasında dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçısının vurğuladığı kimi, bir ay əvvəl Qırğızıstana həyata keçirilən dövlət səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması Azərbaycan-Qırğızıstan əlaqələrini ən yüksək siyasi mərhələyə yüksəldib. Bu sənəd yalnız diplomatik xarakter daşıyan razılaşma deyil, həm də iki ölkə arasında qarşılıqlı etimadın, siyasi birliyin və ortaq strateji baxışların bariz ifadəsidir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində son illərdə müşahidə olunan intensiv inkişaf da təsadüfi proses deyil. Xəzərin hər iki tərəfində yerləşən Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında nəqliyyat, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişlənməsi Orta Dəhlizin strateji rolunu daha da artırır. Şərqlə Qərb arasında mühüm bağlantı yaradan bu marşrut Azərbaycanın əlverişli coğrafi mövqeyini real iqtisadi və geosiyasi üstünlüyə çevirməsinə imkan yaradan əsas amillərdən biridir. Bakı artıq sadəcə tranzit imkanları təqdim edən məkan deyil, həm də Avrasiyada formalaşan yeni nəqliyyat sisteminin qurulmasında fəal rol oynayan əsas tərəflərdən birinə çevrilib.
Bununla yanaşı, Bişkekdəki çıxışın ən mühüm siyasi istiqamətlərindən biri Azərbaycan-Ermənistan münasibətlərinin gələcək perspektivləri ilə bağlı verilən mesajlar idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir ildən bir qədər əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflamaqla üç onillik davam edən münaqişənin başa çatması istiqamətində mühüm addım atıblar. Bunun nəticəsində uzun illər münaqişə və qarşıdurma məkanı kimi tanınan Cənubi Qafqazın sülh və əməkdaşlıq mərhələsinə keçməsi üçün yeni şərait yaranıb. Bu dəyişiklik yalnız iki dövlət üçün deyil, bütövlükdə regionun gələcək siyasi və iqtisadi inkişafı baxımından tarixi əhəmiyyət daşıyır.
Daha sonra fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam şəkildə təmin etməsi regionda yaranan yeni mərhələnin əsas siyasi dayaqlarından biridir. Dövlət başçısı çıxışında xüsusi vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə uzun illər icra olunmamış, yalnız Azərbaycan öz imkanları və gücü hesabına ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin məsələ faktiki olaraq həllini tapmışdır. Bu reallıq beynəlxalq münasibətlər sistemi qarşısında mühüm suallar ortaya çıxarır. Əgər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların həyata keçirilməsi üçün təsirli mexanizmlər mövcud deyilsə, bu qurumların münaqişələrin qarşısının alınmasında və onların həllində rolunun səmərəliliyi necə təmin oluna bilər?
Azərbaycanın bu məsələdə mövqeyi aydın və prinsipialdır. Cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin qısa müddət ərzində icrasını təmin edə biləcək müvafiq mexanizmlərin hazırlanmasının vacibliyini diqqətə çatdırdı. Belə mexanizmlərin yaradılması beynəlxalq hüququn tətbiq imkanlarını genişləndirə, eyni zamanda BMT-nin beynəlxalq münaqişələrin tənzimlənməsində rolunu daha da gücləndirə bilər. Azərbaycanın uzun illər müdafiə etdiyi bu yanaşma hazırkı mürəkkəb beynəlxalq şəraitdə daha geniş siyasi əhəmiyyət kəsb edir.
Azərbaycanın Ermənistanla münasibətlərdə ortaya qoyduğu yeni siyasi və iqtisadi yanaşma da xüsusi diqqət doğurur. Hazırda Azərbaycan Ermənistana neft məhsulları göndərir, üçüncü dövlətlərə məxsus yüklərin tranzitini təmin edir, qarşılıqlı ticarətin genişləndirilməsi və yeni yerüstü nəqliyyat bağlantılarının yaradılması istiqamətində fəaliyyət göstərir. Vaxtilə ciddi münaqişə şəraitində olan iki ölkə arasında bu gün iqtisadi əməkdaşlıq imkanlarının müzakirə olunması Cənubi Qafqazda yaranmış yeni siyasi reallığın ən mühüm göstəricilərindən biridir.
Bu proseslər Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərini də aydın şəkildə nümayiş etdirir. Bakı müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə əməkdaşlıq qurarkən ilk növbədə milli maraqları rəhbər tutur, eyni zamanda regional təhlükəsizliyin təmin edilməsinə, nəqliyyat və enerji əlaqələrinin inkişafına, Türk dünyasında əməkdaşlığın daha da dərinləşdirilməsinə və beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə xüsusi önəm verir. Cənab Prezident İlham Əliyevin Bişkekdəki çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələri xatırlatması da bu siyasi xəttin ardıcıl və uzunmüddətli xarakter daşıdığını göstərir.
Nəticə etibarilə, Bişkekdə səsləndirilən fikirlər Azərbaycanın yerləşdiyi geniş geosiyasi mühitin əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bir tərəfdən Türk dünyası ilə güclənən müttəfiqlik münasibətləri, digər tərəfdən Mərkəzi Asiya ölkələri ilə genişlənən iqtisadi, enerji və nəqliyyat əlaqələri, paralel olaraq isə Cənubi Qafqazda formalaşan yeni sülh gündəliyi Azərbaycanın beynəlxalq mövqeyini tamamlayan vahid strateji mənzərə yaradır. Xəzər üzərindən keçən nəqliyyat marşrutları, enerji layihələri, regional əməkdaşlıq təşəbbüsləri və sülh üçün yaranan yeni imkanlar Bakının Avrasiyanın mühüm geosiyasi və iqtisadi qovşaqlarından birinə çevrilməsini şərtləndirir.
Azərbaycanın bugünkü beynəlxalq mövqeyi yalnız onun əlverişli coğrafi yerləşməsi ilə bağlı deyil. Mövcud coğrafi imkanların real siyasi və iqtisadi üstünlüyə çevrilməsi üçün düşünülmüş strategiya, çevik diplomatik fəaliyyət və uzunmüddətli dövlət siyasəti tələb olunur. Bişkekdə keçirilən görüşlər bir daha təsdiqlədi ki, Azərbaycan artıq regional və beynəlxalq prosesləri yalnız müşahidə edən tərəf deyil. Bakı yeni Avrasiyanın siyasi, iqtisadi və nəqliyyat sisteminin formalaşmasında fəal iştirak edən, öz milli maraqlarını qorumaqla yanaşı, regionun gələcək sabitliyinə və əməkdaşlıq imkanlarının genişlənməsinə də təsir göstərən mühüm geosiyasi mərkəz kimi çıxış edir-deyə,, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər