Mobil versiya
“Onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”
Tarix: 05-09-2026 | Saat: 00:58
Bölmə:Dünya | çapa göndər

“Onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”


ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin Moskvaya sülh təklifi aparacağını açıqlayıb.

“aia.az” xəbər verir ki, Ağ Evin “YouTube” kanalında yayımlanan çıxışında Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün planlarının olduğunu bildirib.

Jurnalistlərin “Uitkoff və Kuşner tənzimləmə üzrə yeni bir təklif aparırlar?” sualına Tramp belə cavab verib:

“Xeyr, onlar müharibəyə son qoymaq üçün birbaşa təklif aparırlar”.

Xatırladaq ki, ABŞ nümayəndələrinin sentyabrın 5-də Moskvaya, 6-da isə Kiyevə səfəri planlaşdırılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2026