Suverenliyin Zəfərlə yazılan salnaməsi
Tarix: 18-09-2026 | Saat: 12:02
Bölmə:Siyasət | çapa göndər

Dövlətlərin tarixində elə hadisələr baş verir ki, onların təsiri yalnız həmin dövrlə məhdudlaşmır, ölkənin gələcək inkişaf yolunun müəyyənləşməsində mühüm rol oynayır. Azərbaycan üçün belə tarixi dönüşlərdən biri dövlət suverenliyinin tam bərpa edilməsi oldu. Bu hadisə təkcə hərbi uğur və siyasi qələbə kimi dəyərləndirilə bilməz. Eyni zamanda, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində təmin olunması, xalqın milli iradəsinin öz təsdiqini tapması və müstəqillik anlayışının real məzmunla tamamlanması baxımından mühüm əhəmiyyət daşıyır. Elə bu səbəbdən cənab Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin mühüm siyasi və tarixi hadisələrindən birini təcəssüm etdirir.
Suverenlik dövlətin beynəlxalq hüquq müstəvisində müstəqil və tamhüquqlu subyekt kimi çıxış etməsinin fundamental əsaslarından biridir. Dövlətin öz ərazisində ali hakimiyyəti həyata keçirməsi, sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına nəzarət etməsi, daxili və xarici siyasət kursunu müstəqil şəkildə müəyyənləşdirməsi onun suverenliyinin əsas göstəriciləridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu hüquqi statusa malik olsa da, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin müəyyən hissəsi uzun müddət işğal altında saxlanıldı. Bununla belə, beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü dəyişdirmədi. Beynəlxalq ictimaiyyət işğal altındakı əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu.
Lakin beynəlxalq hüququn mövcudluğu onun tələblərinin həyata keçirilməsi üçün siyasi iradənin olmasını da zəruri edir. Təxminən üç onillik ərzində aparılan danışıqların nəticəsiz qalması bunu açıq şəkildə göstərdi. Ermənistan işğal etdiyi ərazilərdə əhalinin etnik tərkibinin dəyişdirilməsinə yönəlmiş siyasət həyata keçirdi, yaşayış məntəqələrini dağıtdı, Azərbaycanın tarixi, dini və mədəni irsinə ciddi zərər vurdu, bölgənin təbii sərvətlərindən qanunsuz istifadə etdi. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüsləri də nəticəsiz qaldı. Bunun əvəzinə qarşı tərəfin yeni ərazi iddiaları irəli sürməsi və hərbi təxribatlara əl atması vəziyyəti daha da mürəkkəbləşdirdi.
Belə bir tarixi şəraitdə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bölgədəki reallığı köklü şəkildə dəyişdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında mühüm üstünlük əldə edərək işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. Vətən müharibəsinin nəticələri Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn hüquqlarının təmin edilməsi baxımından mühüm mərhələ olmaqla yanaşı, Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqların formalaşmasına da səbəb oldu.
Müharibədən sonrakı mərhələdə Azərbaycanın öz suveren hüquqlarını ardıcıl şəkildə həyata keçirməsi davam etdirildi. Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın dövlət sərhədləri üzərində nəzarətinin möhkəmləndirilməsi baxımından mühüm addım idi. Bu qərar ölkəmizin öz ərazisində dövlət funksiyalarını və suveren hüquqlarını praktiki şəkildə həyata keçirdiyini bir daha nümayiş etdirdi.
Prosesin əsas və həlledici mərhələsi isə 2023-cü il sentyabrın 19-da başlanmış lokal antiterror tədbirləri oldu. Bir sutkadan az müddət ərzində davam edən əməliyyat nəticəsində Azərbaycan ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejimin fəaliyyəti dayandırıldı və ölkənin Konstitusiya quruluşunun bütün ərazilərdə bərpası təmin olundu. Bununla Azərbaycan dövləti öz ərazisində hakimiyyətin tamlığını təmin etmək istiqamətində tarixi vəzifəni həyata keçirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, həmin hadisələr nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bu, eyni zamanda, beynəlxalq hüququn prinsiplərinin və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək hüququnun reallaşması kimi təqdim edildi.
Bu gün Azərbaycan dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunduğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə daxilində sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, iqtisadi imkanların genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq proqramları həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun qurulması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi dövlət suverenliyinin praktiki nəticələrinin mühüm istiqamətlərindən biridir.
Dövlət Suverenliyi Günü də məhz Azərbaycanın keçdiyi bu tarixi yolun və əldə etdiyi mühüm nəticənin rəmzi kimi milli yaddaşımızda xüsusi yer tutur. Bu əlamətdar tarix xalqımızın dövlətçilik ənənələrinə bağlılığını, milli iradəsinin gücünü və müstəqil gələcəyə inamını ifadə edir. Dövlət suverenliyinin tam bərpası Azərbaycan tarixində yalnız keçmişin yekunu deyil, həm də ölkəmizin qarşısında yeni imkanlar açan və gələcək inkişaf üçün möhkəm zəmin yaradan mühüm başlanğıcdır.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026