Mobil versiya
Ərdoğan ABŞ-yə getdi
Tarix: 21-09-2026 | Saat: 07:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Ərdoğan ABŞ-yə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkda keçiriləcək 81-ci Baş Assambleyasının iclaslarında iştirak etmək üçün ABŞ-yə səfər edib.

aia.az xəbər verir ki, Ərdoğan sentyabrın 22-də "Etimadın yenidən qurulması, transformasiyanın idarə edilməsi: Hamı üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı" mövzusunda keçiriləcək Baş Assambleyanın ümumi müzakirələrində çıxış edəcək.

Türkiyə Prezidenti BMT Baş Assambleyasının ilk günündə liderlərin çıxışları proqramında dördüncü çıxış edən olacaq. Bu, Ərdoğanın BMT Baş Assambleyasındakı 16-cı çıxışı olacaq.

Səfər çərçivəsində Ərdoğanın dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Türkiyə Prezidenti sentyabrın 23-də BMT Baş katibinin İqlim Fəaliyyəti Sammitində də çıxış edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026