DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
Tarix: 25-09-2026 | Saat: 10:39
Bölmə:Karusel / Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində iştirak etməyə dəvət edib.
aia.az xəbər verir ki, DİM-in məlumatına görə, təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği məqsədilə həyata keçirilən layihə 2016-cı ildən fəaliyyət göstərir.
Layihənin əsas məqsədi yüksək bal toplayan gənclərin təcrübəsini öyrənmək və onların uğur hekayələrini gələcək abituriyentlərə nümunə kimi təqdim etməkdir.
DİM bildirib ki, qəbul imtahanlarında 600 və daha çox bal toplayan gənclər öz təcrübələrini layihə çərçivəsində paylaşa bilərlər.
İştirak etmək istəyənlər şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “Abituriyent” saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar.
Qeyd olunub ki, anket yalnız bir dəfə və bütün bəndlər doldurulmaqla təqdim edilməlidir.
Saytda yalnız anket-sorğunu dolduran və cavablarından nümunələrin, eləcə də şəklinin “Abituriyent” saytında təqdim edilməsinə razılıq verən gənclər haqqında məlumat yerləşdiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər