Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb
Tarix: 29-09-2026 | Saat: 15:45
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nəticələr ölkənin qarşıdakı inkişaf mərhələsi üçün möhkəm baza formalaşdırıb. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində çıxış edən cənab Prezident İlham Əliyev ölkənin malik olduğu imkanlara, yeni investisiya sahələrinə və iqtisadiyyatın uzunmüddətli inkişaf perspektivlərinə diqqət çəkib. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri mövcud iqtisadi potensialı qorumaqla yanaşı, qeyri-neft sektorunun imkanlarından daha geniş istifadə etməkdir.
İqtisadi artımın yeni mənbələrinin formalaşdırılmasında bərpaolunan enerji xüsusi yer tutur. Azərbaycanın Xəzər dənizinin sektorunda malik olduğu 157 giqavatlıq potensial, eləcə də ölkə ərazisində yaradılan günəş və külək elektrik stansiyaları bu istiqamətin böyük imkanlara malik olduğunu göstərir. Növbəti beş il ərzində müxtəlif regionlarda bərpaolunan enerji layihələrinin genişləndirilməsi elektrik istehsalında təbii qazdan asılılığın azalmasına, əldə olunan qaz ehtiyatlarının isə daha çox ixrac məqsədlərinə yönəldilməsinə imkan verə bilər. Belə yanaşma enerji siyasətinin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Nəqliyyat və logistika sektoru da Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayır. Dəmir yolu infrastrukturu, limanlar, avtomobil yolları və hava yükdaşımaları istiqamətində həyata keçirilən investisiyalar ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirakı, eləcə də qonşu ölkələrlə sabit və proqnozlaşdırılan münasibətləri beynəlxalq təchizat zəncirlərində ölkənin rolunu artırır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu üzvlüyün əldə edilməsi də regional iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlar qazandığını göstərən mühüm amillərdəndir.
Enerji sektorunun gələcək perspektivləri yalnız ənənəvi enerji ixracı ilə məhdudlaşmır. Mərkəzi Asiyanın Azərbaycan və Avropa ilə əlaqələndirilməsini nəzərdə tutan sualtı elektrik kabeli, Qara dəniz üzərindən enerji ötürülməsi layihəsi, yeni elektrik xətlərinin yaradılması və enerji saxlanc sistemlərinin inkişafı regional əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Artan enerji güclərinin süni intellekt, məlumat mərkəzləri və rəqəmsal texnologiyalar kimi sahələrə yönəldilməsi də perspektivli istiqamət kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın enerji istehsalçısı statusu ilə yanaşı, rəqəmsal iqtisadiyyat sahəsində regional imkanlarını genişləndirməsinə şərait yarada bilər.
Cənab Prezident İlham Əliyevin çıxışında insan kapitalının inkişafına xüsusi önəm verilməsi də iqtisadi transformasiyanın mühüm tərkib hissəsidir. Xaricdə təhsil proqramlarının həyata keçirilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, həmçinin Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti ölkənin texnoloji imkanlarının artırılmasına yönəlib. Neft-qaz sektorunda yerli mütəxəssislərin rolunun genişlənməsi bu istiqamətdə görülən işlərin nəticələrindən biridir. Eyni modelin rəqəmsal iqtisadiyyat və yeni texnologiyalar sahəsində tətbiqi Azərbaycanın müasir innovasiyaları daha sürətlə mənimsəməsinə və beynəlxalq rəqabət imkanlarını artırmasına xidmət edə bilər.
Azərbaycanın xarici investorlar üçün diqqətçəkən xüsusiyyətlərindən biri də uzunmüddətli əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü müqavilə öhdəliklərinə sadiqliyidir. Təxminən otuz il əvvəl imzalanmış neft müqavilələrinin əsas şərtlərinin qorunub saxlanılması bu etibarlılığın konkret nümunəsi kimi göstərilir. İnvestisiya forumu isə investorlarla birbaşa dialoqun qurulmasına, onların Azərbaycan iqtisadiyyatında baş verən proseslərlə daha yaxından tanış olmasına və yeni əməkdaşlıq imkanlarını müzakirə etməsinə şərait yaradır.
Beləliklə, Azərbaycanın qarşıdakı dövrdə iqtisadi inkişaf modeli enerji, nəqliyyat, sənaye, rəqəmsal texnologiyalar və insan kapitalının bir-birini tamamlamasına əsaslanır. Ölkədə mövcud olan siyasi sabitlik və formalaşmış iqtisadi potensial yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Müəyyənləşdirilən hədəflərin ardıcıl şəkildə reallaşdırılması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli dayanıqlı iqtisadi artımın təmin edilməsinə mühüm töhfə verə bilər.
Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri,
YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-09-2026