Göydəniz Qəhrəmanov: “Müstəqilliyimizin möhkəm təməli Heydər Əliyev siyasi kursunun uzaqgörənliyi və müdrikliyi üzərində qurulub”
Tarix: 03-10-2026 | Saat: 09:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

“3 oktyabr 1993-cü il Azərbaycan xalqının öz dövlətçilik iradəsini nümayiş etdirdiyi ən əlamətdar tarixlərdən biridir. Həmin gün keçirilən prezident seçkilərində Heydər Əliyevin xalqın böyük əksəriyyətinin etimadını qazanması ölkəmizin müasir tarixində köklü siyasi dönüşün əsasını qoydu. Bu seçim Azərbaycanın müstəqilliyinin təhlükə qarşısında olduğu bir mərhələdə dövlətçiliyin qorunmasına, siyasi sabitliyin təmin edilməsinə və milli inkişaf strategiyasının müəyyənləşdirilməsinə imkan yaratdı. Sonrakı hadisələr göstərdi ki, xalqın həmin tarixi seçimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətinin müəyyən olunmasında müstəsna rol oynayıb. Ulu Öndərin qarşısında ilk növbədə dövlətin idarəolunmasını təmin etmək və ölkəni qarşıdurma mühitindən çıxarmaq vəzifəsi dayanırdı. O dövrdə hakimiyyət böhranı, silahlı qruplaşmaların fəaliyyəti və siyasi qeyri-sabitlik dövlətin suverenliyinə ciddi təhlükələr yaradırdı. Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində bu təhlükələrin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görüldü. Ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət institutlarının fəaliyyəti möhkəmləndirildi və Azərbaycanın normal inkişafı üçün zəruri siyasi mühit yaradıldı.”
Bu fikirlər millət vəkili Göydəniz Qəhrəmanovun aia.az-a açıqlamasında ifadə olunub.
Parlament üzvü həmçinin bildirib ki, müstəqilliyin ilk illərində dövlət quruculuğu ilə yanaşı, iqtisadiyyatın dirçəldilməsi də qarşıda duran əsas məsələlərdən idi:“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yeni iqtisadi strategiya Azərbaycanın bazar iqtisadiyyatına keçidini sürətləndirdi, sahibkarlığın inkişafına və xarici investisiyaların cəlb olunmasına şərait yaratdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu strategiyanın ən mühüm nəticələrindən biri oldu. Azərbaycanın zəngin enerji ehtiyatlarının beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi ölkənin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onun geosiyasi əhəmiyyətini də artırdı. Ulu Öndər Heydər Əliyevin siyasətində milli ideologiya və dövlətçilik düşüncəsi xüsusi yer tuturdu. Azərbaycançılıq məfkurəsinin milli həmrəyliyin əsas ideoloji dayağına çevrilməsi cəmiyyətin müxtəlif təbəqələrini vahid dövlətçilik ideyası ətrafında birləşdirdi. Milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın möhkəmləndirilməsi və milli kimliyin inkişaf etdirilməsi dövlət quruculuğu prosesinin ayrılmaz hissəsi oldu. Bu yanaşma Azərbaycanın həm daxili bütövlüyünün, həm də dünya azərbaycanlıları ilə əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verdi.”
Deputat fikirlərini davam etdirərək bunu da deyib ki, həmin dövrdə Heydər Əliyevin uzaqgörənliyi sövlətin xarici siyasət xəttində də özünü aydın şəkildə göstərdi:“Ulu Öndərin səyləri və müdrik yanaşması sayəsində Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdi, dünya dövlətləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında inkişaf etdirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsi beynəlxalq gündəmə ardıcıl şəkildə çıxarıldı, ölkəmizin ərazi bütövlüyünün bərpası dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirildi. Beləliklə, Ulu Öndərin diplomatik fəaliyyəti gələcəkdə Azərbaycanın milli maraqlarının təmin olunması üçün mühüm siyasi zəmin formalaşdırdı. Heydər Əliyev siyasi kursunun əsas xüsusiyyəti onun həmən dövrün problemlərini həll etməsi və gələcək nəsillər üçün möhkəm dövlətçilik təməli yaratması idi. Prezident İlham Əliyev bu siyasi irsi müasir Azərbaycanın qarşısında dayanan yeni vəzifələrə uyğun şəkildə davam etdirdi. Ölkənin iqtisadi potensialının artırılması, müdafiə qüdrətinin gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və genişmiqyaslı inkişaf layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası bu ardıcıl siyasətin ən böyük nəticələri sırasında yer aldı. Bu baxımdan, 3 oktyabr 1993-cü il Azərbaycan xalqınının dövlətçilik taleyinə təsir edən böyük seçimin ildönümüdür. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strategiyanın davam etdirilməsi isə bu təməl üzərində daha güclü və öz suverenliyini tam təmin etmiş Azərbaycanın formalaşmasını mümkün etdi” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2026
02-10-2026