Mobil versiya
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR
Tarix: 16-10-2026 | Saat: 16:41
Bölmə:Gündəm | çapa göndər

DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi -

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində məqsəd insanları daha çox cərimələmək deyil, yollarda xəsarətlərin, ölüm hallarının və yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

aia.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin inspektoru, baş leytenant Toğrul Quliyev deyib.

O bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən “Road & Traffic 2026” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində iştirakın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində istifadə olunan müasir avadanlıqları nümayiş etdirməkdir. Həmin avadanlıqlar insanların rifahının, sağlamlığının və həyatının qorunması istiqamətində tətbiq olunan üsulları vətəndaşlara göstərməyə imkan verir.

BDYPİ təmsilçisinin sözlərinə görə, nümayiş olunan avadanlıqların demək olar ki, hamısı süni intellektlə vəhdət təşkil edir. Videoanalitik sistemlər təhlükələri əvvəlcədən aşkarlamaq potensialına və funksiyalarına malikdir.

Onun sözlərinə görə, süni intellektlə işləyən radar cihazı sürət həddinin aşılması ilə bağlı qayda pozuntusunu aşkar etdikdən sonra məlumatı mərkəzi informasiya sisteminə ötürür. Bundan sonra insan müdaxiləsi olmadan inzibati tənbeh tətbiq edilməsi haqqında qərar avtomatik şəkildə qəbul olunur.

İnspektor vurğulayıb ki, sərgidə iştirakın əsas məqsədi bu müasir avadanlıqları ictimaiyyətə tanıtmaqdır.

Sürücülərə müraciət edən Toğrul Quliyev bildirib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, yollarda ölüm hallarının qarşısını almaq və bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. O, sürücüləri nəqliyyat vasitəsini idarə edərkən mobil telefonlardan istifadə etməməyə, piyadaları isə diqqətli olmağa çağırıb.

Qeyd edib ki, diqqətin ən kiçik dərəcədə yayınması belə, böyük faciələrə səbəb ola bilər. Bu istiqamətdə hər il daha geniş təbliğat işləri aparılır.

“Hər birimiz bu məsələyə bir ailə kimi yanaşmalıyıq. Məqsəd yalnız insanların yol hərəkəti sahəsində rifahını, əmlakını, sağlamlığını və həyatını qorumaqdır”, – Toğrul Quliyev vurğulayıb.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026