Paşinyana öz ölkəsindən sərt xəbərdarlıq: “Ermənistan Rusiyaya meydan oxuya bilməz”
Tarix: 23-10-2026 | Saat: 23:18
Bölmə:Ölkə | çapa göndər

Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Rusiya ilə münasibətlərində yaranan gərginlik ölkə daxilində müzakirələrə səbəb olub.
Erməni politoloq Alen Gevondyan Baş nazir Nikol Paşinyanın xarici siyasətini tənqid edərək İrəvanın real imkanlarını düzgün qiymətləndirmədiyini iddia edib.
“Ermənistan Avrasiya İqtisadi İttifaqına, xüsusilə də Rusiyaya meydan oxuya biləcək vəziyyətdə deyil”, – deyə politoloq bildirib.
Gevondyanın fikrincə, Ermənistanın iqtisadi imkanları məhduddur və ölkənin Avropa İttifaqına inteqrasiya siyasəti Rusiya ilə mövcud iqtisadi əlaqələr nəzərə alınmadan həyata keçirilə bilməz.
Politoloq Paşinyanın suverenlik və müstəqilliklə bağlı bəyanatlarını da populizm kimi qiymətləndirib.
O hesab edir ki, Ermənistanın Aİİ ilə münasibətlərinin pisləşməsi ölkə iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.
Qeyd edək ki, Paşinyan oktyabrın 22-də Aİİ ilə münasibətlərdə problemlərin olduğunu etiraf etsə də, Ermənistanın xarici siyasət kursu ilə bağlı mövqeyini dəyişmədiyini bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-10-2026
23-10-2026