Roman Abramoviç barəsində Kiprdə araşdırma başladıldı
Tarix: 23-10-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Kipr hüquq-mühafizə orqanları "Çelsi" futbol klubunun keçmiş sahibi, milyarder Roman Abramoviçin ofşor şirkətləri və biznes aktivləri ilə bağlı araşdırmalara başlayıb.Kipr Polisinin Cinayətkarlıqla Mübarizə Departamentinin rəhbərliyi parlamentdəki dinləmələr zamanı bildirib ki, istintaq 2003-2006-cı illərdə baş vermiş hadisələri əhatə edir və artıq lazımi sübutların toplanılmasına başlanılıb.Araşdırmalara "The Guardian", Təhqiqatçı Jurnalistika Bürosu və BBC-nin birgə jurnalist təhqiqatından sonra start verilib. İddialara görə, beynəlxalq audit şirkəti "Deloitte"nin Kipr filialı sənədləri saxtalaşdıraraq rusiyalı milyarderə milyardlarla dollar dəyərində aktivləri gizlətməyə və vergidən yayınmağa kömək edib. Abramoviçin nümayəndələri qanunsuz addım atmadıqlarını, yalnız peşəkar məsləhətçilərin tövsiyələrinə əməl etdiklərini bildiriblər. "Deloitte Cyprus" isə bütün fəaliyyətin qanunlar çərçivəsində aparıldığını vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026