Eltun Süleymanov:"Konstitusiya və Suverenlik Müstəqil Azərbaycanın Zəfər yolunun hüquqi təminatıdır"
Tarix: 06-11-2026 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu fikirləri müstəqil dövlətimizin hüquqi təməlinin formalaşmasında Konstitusiyanın müstəsna rolunu ifadə edir. Konstitusiya dövlətin hüquqi siması, suveren iradəsinin təzahürü, cəmiyyətin inkişafını istiqamətləndirən ali sənəddir. Azərbaycan xalqı üçün isə Əsas Qanun müstəqilliyin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, bu gün Konstitusiyamız haqqında danışarkən yalnız 1995-ci ilin tarixi hadisəsini deyil, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunu, dövlət suverenliyinin möhkəmlənməsini və ölkəmizin qarşısında dayanan yeni vəzifələri də xatırlayırıq. Çünki Konstitusiya keçmişdən miras qalan hüquqi sənəd olmaqla yanaşı, bu günümüzün hüquqi əsaslarını müəyyənləşdirən və gələcəyimizə istiqamət verən fundamental sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu tarixi hadisə müstəqil dövlətimizin siyasi və hüquqi sisteminin formalaşmasında yeni mərhələ açdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun dövlət hakimiyyətinin təşkili, qanunların aliliyi, insan hüquqlarının müdafiəsi və demokratik idarəçilik prinsiplərini vahid hüquqi çərçivədə birləşdirdi. Konstitusiyanın əsas ideyalarından biri Azərbaycan xalqının dövlət hakimiyyətinin yeganə mənbəyi olmasıdır. Xalq öz suveren hüquqlarını ümumxalq səsverməsi və seçkilər vasitəsilə həyata keçirir. Əsas Qanunumuz Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğunu təsbit edir. Bu müddəalar ölkəmizin dövlət quruluşunun fundamental əsaslarını təşkil edir. Konstitusiyanın qəbulundan sonra hüquqi dövlət quruculuğunun institusional əsasları da inkişaf etdirildi. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin həyata keçirilməsi və Əsas Qanunun aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdı. Konstitusiyanın mahiyyətini müəyyənləşdirən başlıca istiqamətlərdən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. İnsan hüquqlarının qorunması müasir dövlətçiliyin mühüm göstəricilərindəndir. Hüquqi dövlətin möhkəmliyi yalnız qəbul edilmiş qanunların sayı ilə deyil, onların necə tətbiq olunması, insanların hüquqlarının hansı səviyyədə qorunması və hər kəsin qanun qarşısında bərabərliyinin necə təmin edilməsi ilə müəyyənləşir. Konstitusiyanın yaratdığı hüquqi çərçivə dövlət orqanlarının fəaliyyətinə, vətəndaşların hüquq və vəzifələrinə, cəmiyyətin müxtəlif sahələrində münasibətlərin tənzimlənməsinə istiqamət verir. Bu baxımdan konstitusion mədəniyyətin inkişafı, vətəndaşların hüquqi biliklərinin artırılması, gənclərin qanunlara hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müasir tarixində suverenlik və ərazi bütövlüyü məsələləri xüsusi yer tutur. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası müasir dövlətçilik tariximizin mühüm hadisələrindən oldu. Bu tarixi proseslər Konstitusiyanın bəyan etdiyi dövlət suverenliyinin qorunması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi məqsədlərinin əhəmiyyətini bir daha ön plana çıxardı. Azərbaycan Respublikasının suveren hüquqlarının bütün ərazisində həyata keçirilməsi dövlət idarəçiliyinin, hüquqi tənzimləmənin və konstitusion normaların vahid dövlət məkanında tətbiqi baxımından yeni mərhələ yaratdı.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində Qələbənin beşinci ildönümü ilə əlaqələndirilən bu təşəbbüs hüquqi dövlət quruculuğunun, milli suverenliyin və müasir dövlətçilik tariximizin əhəmiyyətini önə çıxardı. Konstitusiyanın inkişaf yolu Azərbaycan dövlətçiliyinin hüquqi təməlindəki yerini daha aydın göstərir. Bununla yanaşı, hər bir konstitusion prinsipin əhəmiyyəti onun real həyatda tətbiqi, hüquqi təminatların işləkliyi və vətəndaşların gündəlik həyatında özünü göstərməsi ilə ölçülür. Qanunun aliliyinin qorunması, insan hüquqlarına hörmət, hüquqi məsuliyyət, dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi və vətəndaşların hüquqi maarifləndirilməsi davamlı inkişafın mühüm şərtləridir. Xüsusilə gənc nəslin Konstitusiyanın tarixini, hüquq və vəzifələrini, dövlət suverenliyinin mahiyyətini dərindən mənimsəməsi gələcəyimizin möhkəm təməllərindən biridir. Vətənə sevgi, dövlətçilik düşüncəsi və hüquqi mədəniyyət bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərlərin qorunması Azərbaycanın gələcək inkişafına xidmət edir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026