Yeni Azərbaycan Partiyasının 34 illik inkişaf yolu
Tarix: 20-11-2026 | Saat: 15:27
Bölmə:Siyasət | çapa göndər

Noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən, bizlər üzvü olduğumuz, vəsiqəsini qürurla daşıdığımız Yeni Azərbaycan Partiyasının yaranmasının 34 illiyini qeyd edirik.
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı “Səs” qəzeti vasitəsilə xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi və nəhayət, 1992-ci il 21 noyabr günü Azərbaycanın yeni müasir ictimai-siyasi dövrünün ən əlamətdar təqvimlərindən biri kimi tarixə düşdü. Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Bir siyasi partiyanın tarixini qiymətləndirərkən onun fəaliyyət göstərdiyi illərin sayı ilə yanaşı, həmin illərdə xalqın və dövlətin taleyində oynadığı rola baxmaq lazımdır. Yeni Azərbaycan Partiyasının 34-cü ilini yaşadığı bir dövrdə keçirilən VIII Qurultay bu baxımdan mühüm təhlil imkanı yaradır. 1992-ci ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən ölkədə yaranmış partiya 2026-cı ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni hədəflərini müzakirə edir. Bu iki tarixi mənzərə arasındakı məsafə dövlət quruculuğu, siyasi mübarizə, iqtisadi inkişaf və milli iradə ilə keçilmiş yoldur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışında qələbələrimizin başlanğıcının partiyanın təsis qurultayı ilə əlaqələndirilməsi həmin yolun mahiyyətini açır. Bu fikir siyasi təşkilatın yaranması ilə dövlətin sonrakı nailiyyətləri arasında səbəb-nəticə əlaqəsinə diqqət yönəldir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır böhran dövründə məhz bu ehtiyaca cavab olaraq meydana çıxdı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətin parçalanması təhlükəsinin qarşısının alınması və sabitliyin bərpası əsas vəzifəyə çevrildi. Prezident İlham Əliyev qurultaydakı çıxışında həmin dövrün ağırlığını xarakterizə edərkən inflyasiyanın 1000 faizdən çox olduğunu, xəzinənin boşaldığını, səkkiz milyonluq əhalinin bir milyonunun qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını xatırlatdı. Bu göstəricilər siyasi qərarların hansı şəraitdə qəbul olunduğunu anlamağa kömək edir.
Belə şəraitdə sabitliyin təmin olunması gələcək inkişaf üçün zəruri əsas yaratdı. 1994-cü ildə atəşkəsin əldə edilməsi və həmin il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın imkanlarını genişləndirən mühüm mərhələlər oldu. Xarici sərmayənin cəlb edilməsi iqtisadi fəaliyyətin canlanmasına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə şərait yaratdı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunun hüquqi əsaslarını gücləndirdi.
YAP-ın inkişaf yolunun sonrakı mərhələsi həmin dövlətçilik xəttinin davam etdirilməsi və yeni imkanlarla zənginləşdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi vahid strateji məqsədə xidmət etdi. Uzunmüddətli hazırlıq nəticəsində bu amillər bir-birini tamamlayan gücə çevrildi.
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər bu inkişaf yolunun ən mühüm nəticələrindən biridir. Azərbaycan öz gücü ilə işğala son qoydu və bölgədə yeni reallıqlar yaratdı. 2023-cü il sentyabrın 20-də separatizmə son qoyulması ilə ərazi bütövlüyü və suverenlik tam bərpa edildi. VIII Qurultaydan geriyə baxarkən bu hadisələri uzun illər ərzində aparılmış dövlət siyasətinin nəticəsi kimi qiymətləndirmək mümkündür.
Partiyanın keçdiyi yol təşkilati miqyasda da özünü göstərir. VIII Qurultay ərəfəsində üzvlərinin sayənən 760 minə yaxın olması geniş siyasi təşkilatlanmanın göstəricisidir. Təşkilati gücün dəyəri onun ictimai fəaliyyətə necə çevrilməsi ilə müəyyənləşir. Vətəndaşı dinləmək, yerli məsələləri öyrənmək, gənclərin təşəbbüslərinə imkan yaratmaq və siyasi prosesləri əsaslandırılmış şəkildə izah etmək partiyanın cəmiyyətlə əlaqələrini canlı saxlayır.
Yeni Azərbaycan Partiyasının 34-cü ilində keçirilən VIII Qurultay onun tarixini gələcək vəzifələrlə birləşdirən siyasi mərhələdir. Dövlətçiliyin təhlükə altında olduğu şəraitdə yaranmış partiyanın keçdiyi yol bu gün güclü və suveren Azərbaycanın inkişaf perspektivlərində davam edir. Həmin tarixdən çıxan əsas nəticə siyasi ardıcıllığın, xalqla bağlılığın və məsuliyyətli fəaliyyətin əhəmiyyətidir.
Biz gələcəyə çox böyük nikbinliklə və inamla baxırıq. Ümummilli liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli təşkilatımız, dünya azərbaycanlılarının böyük sərkərdəsi - cənab İlham Əliyev kimi prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri vardır.
Əminliklə demək olar ki, Azərbaycanımızın inkişafı və rifahı naminə öndə olan Yeni Azərbaycan Partiyasıbu xalqımızı daima uğurlu gələcəyə aparacaq.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026