“AzerGold” QSC tərəfindən ölkəmizdə ilk dəfə Geoloji kəşfiyyat informasiya sistemi yaradılıb
Tarix: 13-05-2025 | Saat: 13:22
Bölmə:İqtisadiyyat | çapa göndər

“AzerGold” QSC tərəfindən ölkəmizdə ilk dəfə geoloji kəşfiyyat məlumatlarının real vaxt rejimində toplanması, emalı, arxivləşdirilməsi və idarə olunmasını təmin edən Geoloji kəşfiyyat informasiya sistemi yaradılaraq, istifadəyə verilib.
Yeni proqram təminatı QSC-nin biznes proseslərinin rəqəmsallaşdırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi sahəsində fəaliyyəti çərçivəsində geoloji tədqiqatlarının operativliyini və səmərəliliyini artırmaq məqsədi daşıyır.
Sözügedən sistem iki əsas komponentdən – veb əsaslı proqram təminatı və mobil tətbiqdən ibarətdir. Veb əsaslı proqram təminatı stasionar şəraitdə məlumatların emalı, idarə olunması və hesabatların hazırlanması funksiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Bu platforma vasitəsilə geoloji məlumatların strukturlaşdırılması, arxivləşdirilməsi, müxtəlif formatlarda axtarış və çeşidləmə funksiyaları, habelə xəritə əsaslı vizualizasiya və təhlil imkanları təmin olunur.
Veb sistem informasiya axınını sinxronlaşdırır, məlumat təhlükəsizliyini təmin edir.
Mobil tətbiq isə sahə şəraitində, xüsusilə geoloji kəşfiyyat və nümunə toplama proseslərində istifadə üçün nəzərdə tutulub. Bu tətbiq geoloqlara koordinatların qeydiyyatı, foto və mətn məlumatlarının əlavə olunması, nümunələrin təsnifatı və digər funksiyaları yerinə yetirməyə imkan verir.
Mobil tətbiq oflayn rejimdə də işləmə qabiliyyətinə malikdir və internet bağlantısı bərpa olunduqda məlumatlar avtomatik olaraq əsas sistemə ötürülür.
Ümumilikdə proqram təminatı həm yerli, həm də beynəlxalq hesabatlılıq standartlarına uyğunluğun təmin edilməsində mühüm rol oynayır və gələcəkdə geoloji məlumatların daha geniş spektrdə istifadəsinə imkan yaradır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-05-2025