Mobil versiya
Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva
Tarix: 15-05-2025 | Saat: 09:47
Bölmə:Aia TV / Şou-biznes | çapa göndər

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! –

Son günlər aparıcı Sərxan Kərəmoğlu ilə tanınmış prodüser Asif Kərimov arasında yaşanan qalmaqal gündəmi zəbt edib. İctimaiyyətdə geniş rezonans doğuran bu hadisəyə sənət cameəsinin reaksiyası da gecikməyib.

aia.az xəbər verir ki, məşhur müğənni Kəmalə Qaramollayeva qonaq olduğu verilişdə Asif Kərimovun müdafiəsinə qalxıb.

“Asif Kərimova söz demək heç kimin başı üçün deyil” – deyə Kəmalə Qaramollayeva qeyd edib.

Müğənni prodüserin sənətdəki çəkisini və ona yönələn ittihamların əsassız olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Asif Kərimovu uzun illərdir tanıyır və onun həm peşəkarlığına, həm də insani keyfiyyətlərinə sonsuz hörmət bəsləyir. O qeyd edib ki, sənət aləminə töhfələr vermiş bir insanın bu cür ittihamlarla üz-üzə qalmasını haqsızlıqdır.

“Bu sənət cameəsi içində kim kimdir, biz hamımız yaxşı bilirik. Asif Kərimovun adını hallandırmaq, ona söz atmaq, heç kimə yaraşmaz. Bəzi insanlar məşhurluq xətrinə dəyərləri ayaq altına atırlar. Bu, çox acınacaqlı haldır,” – sənətçi bildirib.

Bəzi sənət adamları bu mövzu ilə bağlı səssiz qalmağı seçsə də, Kəmalə Qaramollayevanın açıq və cəsarətli mövqeyi izləyicilər tərəfindən də rəğbətlə qarşılanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2025