Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi
Tarix: 15-05-2025 | Saat: 13:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
aia.az xəbər verir ki, Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib. Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.
Dövlətimizin başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.
Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025