Azərbaycan–Vyetnam əlaqələri yeni strateji mərhələdə
Tarix: 15-05-2025 | Saat: 18:12
Bölmə:Özəl | çapa göndər

Mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə etdiyi rəsmi səfər, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yeni və əhəmiyyətli mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı siyasi, iqtisadi, müdafiə, mədəni və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Səfərin ən mühüm nəticələrindən biri olaraq, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını təsdiqləyən Birgə Bəyanatın imzalanması qeyd edilməlidir. Bu sənəd yalnız diplomatik münasibətlərin dərinləşdirilməsi deyil, həm də regional və beynəlxalq platformalarda daha sıx əməkdaşlığın əsasını qoyur. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Energetika, ticarət, investisiya, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində razılıqlar əldə olunub. Xüsusilə SOCAR ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında bağlanan razılaşma və energetika sahəsində imzalanmış Anlaşma Memorandumu qarşılıqlı investisiya imkanlarını artıracaq. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi iri layihələr Vyetnam şirkətləri üçün cəlbedici imkanlar yaradır. Eyni zamanda Azərbaycan tərəfi də Vyetnamda enerji sektoruna sərmayə yatırmağa açıqdır. Ticarət dövriyyəsinin hazırda əsasən neft ixracına əsaslanması, bu əlaqələrin diversifikasiyasını və daha balanslı inkişafını zəruri edir. Gələcəkdə qeyri-neft sektoru üzrə yeni layihələrin həyata keçirilməsi və alternativ ticarət sahələrinin inkişafı münasibətləri daha dayanıqlı edəcək. Bundan əlavə, səfər çərçivəsində müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması hərbi-texniki əməkdaşlıq üçün yeni imkanlar açır. Hər iki ölkənin müdafiə sənayesi sahəsindəki təcrübəsi və imkanları birgə müəssisələrin yaradılması üçün əlverişli zəmin yaradır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə ticarət əlaqələrinin gücləndirilməsi də bu səfərdə gündəmdə olan vacib məsələlərdən biri idi. Bu dəhlizlər yalnız ikitərəfli deyil, həm də regional əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Elm, texnologiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlığa dair imzalanan sənədlər gələcək üçün perspektivli bir istiqamət yaradır. Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi həm Azərbaycanın, həm də Vyetnamın iqtisadi inkişafına əlavə dəyər qatacaq. Mədəniyyət və arxiv işi sahəsində də əməkdaşlıq sənədlərinin imzalanması ilə humanitar sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Mədəniyyət, incəsənət və turizm sahəsində layihələrin birgə təşkili isə xalqlar arasında yaxınlaşmanı daha da dərinləşdirəcək. Səfər zamanı BMT və Qoşulmama Hərəkatı çərçivəsində də iki ölkənin əməkdaşlığının səmərəli olduğu vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Vyetnamın verdiyi dəstək yüksək qiymətləndirilir. Beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və suverenlik prinsipləri məsələlərində hər iki ölkənin ortaq mövqedən çıxış etməsi siyasi həmrəyliyin göstəricisidir. Bu səfər təkcə diplomatik münasibətlərin genişlənməsi deyil, həm də konkret iqtisadi və strateji əməkdaşlıq formatlarının formalaşdırılması baxımından olduqca əlamətdardır. İmzalanmış sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın Asiya istiqamətində apardığı xarici siyasətdə mühüm addım olmaqla yanaşı, Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında strateji tərəfdaşlıq platformasının qurulmasına da töhfə verəcək.
Misir Məmmədov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025