Lavrov: Bayden Avropanı Hitler kimi nasist şüarları altında Rusiyaya qarşı birləşdirdi
Tarix: 15-05-2025 | Saat: 17:05
Bölmə:Özəl | çapa göndər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Co Bayden administrasiyası Napoleon və Adolf Hitlerin hərəkətlərinə bənzər üsullardan istifadə edərək Avropa və Asiya ölkələrini Rusiyaya qarşı birləşdirib. “RİA Novosti” xəbər verir ki, bu barədə dövlət başçısı Diplomatik Klubun iclasında Qərbin rusofobiyası ilə bağlı sualı cavablandırarkən bildirib.
"Bayden bütün Avropanı nasist şüarları altında toplayıb, Asiyada - Yaponiya, Cənubi Koreyada peyklər əlavə edib. "Onların hamısı Napoleon və Hitler kimi Rusiyaya qarşı yönəlib", - Lavrov bildirib. O, vurğulayıb ki, hətta həmin tarixi dövrlərdə də rəsmi hakimiyyətə meydan oxuyaraq təcavüzə müqavimət göstərən qüvvələr olub.
Nazir “Qərbin kollektiv əhval-ruhiyyəsini” Ukraynanın maliyyələşdirilməsi və Rusiya ərazisinə zərbələr üçün silah tədarükü ilə əlaqələndirib. "Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli bölmələri "Azov" (terrorçu və ekstremist kimi tanınan, Rusiyada qadağan olunmuş təşkilat) kimi nasist batalyonlarıdır. Onlar svastikalar taxırlar, Bandera və Şuxeviçin şərəfinə məşəl yürüşləri keçirirlər. Biz bunu denazifikasiya adlandırırıq", - Lavrov bildirib.
Bu gün, mayın 15-də Lavrov bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası “normal vəziyyətə” qayıdıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025