“Yaşıl enerji” planları: Nəhəng potensial böyük hədəflərin reallaşmasına aparır
Tarix: 30-06-2025 | Saat: 12:56
Bölmə:Siyasət | çapa göndər

Dövlət başçısı İlham Əliyevin 25 oktyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamla enerji dayanıqlılığının təmin olunması, artan tələbatın qarşılanması, əlavə generasiya güclərinin yaradılması, ixrac imkanlarının artırılması, təbii qaza qənaət edilməsi və ətraf mühitin qorunması məqsədilə Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) ərazisində müstəqillik dövrünün ən böyük elektrik stansiyasının tikilməsinə qərar verilib. Azərbaycanın peşəkar mühəndislərinin təklifləri əsasında işlənilən layihənin icrasına dünyanın nüfuzlu enerji şirkətləri və müstəqil texniki ekspertləri də cəlb edilib. Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material gətirilib. Çinin “Dongfang” şirkətindən alınmış, ümumilikdə 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd Util Qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən “8 Noyabr” Elektrik Stansiyasının tikinti və quraşdırma işlərində 2500-dən çox xarici və yerli mütəxəssis çalışıb. Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz kəməri inşa edilib, iki yeni qazpaylayıcı və tənzimləyici stansiya tikilib, kompressor qurğuları quraşdırılıb. “8 Noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İstilik Elektrik Stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurulub. Əlavə olaraq 65,6 kilometr uzunluğunda “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb. O cümlədən stansiyada yanğından mühafizə, havalandırma, rəqəmsal idarəetmə, monitorinq və digər zəruri infrastruktur yaradılıb. Adətən bu cür böyük stansiyaların tikintisi 3-5 ilə icra edildiyi halda, Azərbaycan bunu 2 il ərzində həyata keçirə bildi. Dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub. Dövlət başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi. “Bu layihənin qısa müddət ərzində icra edilməsi rekord nəticə sayıla bilər” söyləyən cənab İlham Əliyev bildirib ki, çünki təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir: “Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamışdır və birinci blok 1981-ci ildə istismara verilmişdir. Yəni, yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik”. Cənab İlham Əliyev bildirib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. COP29 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi də Azərbaycanın bu sahədəki iddiasını və qlobal enerji gündəmində artan rolunu bir daha nümayiş etdirdi.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2025