Mobil versiya
Türkiyədə tarixi gün - PKK tərksilah olunur
Tarix: 11-07-2025 | Saat: 09:10
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyədə tarixi gün -

Bu gün Türkiyə üçün tarixi gün olaraq yaddaşlara həkk olunacaq. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan “Terrorsuz Türkiyə” quruculuğu prosesinin silahlanma mərhələsinə saatlar qalıb.

aia.az Türkiyə mediasına istinadən bildirir ki, kritik həftənin son günündə terror təşkilatı PKK rəsmən silahı yerə qoyma prosesinə başlayır.

Saatlar sonra PKK-nın İraqın Süleymaniyyə şəhərində silahı yerə qoyması ilə Terrordan Azad Türkiyəyə nail olmaq prosesində kritik hədd aşılacaq.

Xatırladaq ki, İmralıda ömürlük həbsdə olan terrorçuların rəhbəri Abdullah Öcalan daha əvvəl həm səsli, həm də vizual olaraq ekranlara çıxıb. O, videomüraciətində tərksilah mərhələsi üçün lazımi mexanizmlərin yaradılmasına çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-07-2025