Əhməd İsmayılov: Son 5 ildə media islahatlarının əsas məqsədi informasiya mühitini qorumaqdır
Tarix: 11-07-2025 | Saat: 11:49
Bölmə:Manşet / Media | çapa göndər

Son 5 ilə yaxın dövr ərzində həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikanın potensialının gücləndirilməsidir.
aia.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA və "Azerconnect Group"un təşkilatçılığı ilə keçirilən "Gələcəyin mediası: "Əkinçi"nin izi ilə" adlı forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, media islahatlarının töhfələrindən biri dövlətin gənclərin media sahəsinə marağının formalaşması prosesini dəstəkləməsidir:
"Biz artıq media islahatlarının ilkin nəticələri barədə danışa bilərik. Əminliklə vurğulaya bilərik ki, mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir.Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün münbit və əlverişli şərait var. Azərbaycanın istedadlı gəncləri öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklər. Bu prosesdən qazanan Azərbaycan mediası, bütövlükdə ictimai fikrimiz olacaqdır".
Ə.İsmayılov əlavə edib ki, indi dövrün çağırışları, zamanın tələbləri dəyişib:
"Klassik maarifçilərimizdən fərqli olaraq Azərbaycan gənci indi müstəqil dövlətin vətəndaşıdır. Vətən müharibəsində zəfər çalan Azərbaycan gənclərinin qarşıya qoyduqları məqsədlərə çatması üçün dövlətimiz tərəfindən bütün lazımi dəstək göstərilməkdədir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-07-2025