Mobil versiya
Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır
Tarix: 01-08-2025 | Saat: 17:10
Bölmə:Dünya | çapa göndər

Zelenski:

“Biz Rusiya tərəfinin bəyanatları ilə tanışıq. Əgər bu, müharibəni davam etdirmək və sanksiyalardan yayınmaq üçün vaxt qazanmaq yox, müharibəni dayandırmaq istəyi və dayanıqlı sülhün bərqərarı istiqamətində siqnaldırsa, Ukrayna istənilən vaxt dövlət başçıları səviyyəsində danışıqlara hazır olduğunu növbəti dəfə təsdiqləyir”.

aia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb.

“Biz Rusiyada qərarları kimin qəbul etdiyini və müharibəni məhz hansı şəxsin dayandırmalı olduğunu anlayırıq. Bunu tək biz yox, bütün dünya bilir. Ukrayna bəyanatlardan və texniki xarakterli görüşlərdən liderlər səviyyəsində danışıqlara keçidi məqbul sayır. ABŞ da bu təklifi edib, biz isə dəstəkləmişik. İndiki mərhələdə Rusiyanın buna hazır olması tələb olunur”.

O eyni zamanda ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması və sülhün əldə edilməsi üzrə səylərini dəstəklədiyini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2025