Azərbaycan dilinin dövlət dili kimi tanınmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri vardır
Tarix: 01-08-2025 | Saat: 17:43
Bölmə:Siyasət | çapa göndər

Hər bir millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.
Azərbaycan dili keçmiş dörlərdə də bir neçə dəfə rəsmən dövlət dili kimi elan edilərək, müəyyən müddət ərzində fəaliyyət göstərib, lakin dilimizin dövlət dili statusu çox uzun sürməmişdir. Məhz xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Aərbaycan dilinin müdafiəsinə qalxaraq, dilimizin inkişafı üçün xilaskarlıq missiyasını öz üzərinə götürdü və tariximizə adını qızıl hərflərlə yazdırdı.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman göstərdiyi təşəbbüs nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edildi. Ulu Öndər Heydər Əliyevə minnətdar olaraq, çox gözəl başa düşürük ki, ana dilimiz müstəqil Azərbaycanın , Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Ümummilli Liderimiz Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: O, dilimiz haqqında demişdir :"Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu Öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Həmişə Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə yanaşı , ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur .
Ana dilimizin dünya səviyyəsində hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, müstəqilliyindən sonra dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərimizin Azərbaycan dilinin tanınması və təbliğ edilməsində əvəzsiz xidmətləri olmuşdur.
Müstəqil Azərbaycanın dövlət dilinin bizi gözü götürməyən dövlətlərin təzyiqlərindən qorunması , həmdə bu dilin paklığı, təmizliyi istiqamətində Ulu Öndərin yürütdüyü siyasət onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-08-2025
01-08-2025