Mobil versiya
Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
Tarix: 25-08-2025 | Saat: 12:21
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda qarayaraya yoluxanların sayı artıb

Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red) yoluxub.

aia.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub.

Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.

Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.

Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025