Mobil versiya
Cənubi Koreya prezidenti Li Trampla müzakirə edəcəyi məsələlərdə “ağlabatan nəticələr” gözləyir
Tarix: 25-08-2025 | Saat: 15:35
Bölmə:Özəl | çapa göndər

Cənubi Koreya prezidenti Li Trampla müzakirə edəcəyi məsələlərdə “ağlabatan nəticələr” gözləyir
Cənubi Koreya prezidenti Li Jae Myung Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla müzakirə edəcəkləri mövzularda "ağıllı və real nəticəyə gələcəklərini" bildirib.
Yonhap-ın məlumatına görə, Li ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedərkən təyyarədə mətbuata açıqlama verib.

Li Trampla təhlükəsizlik, tarif danışıqları, Cənubi Koreyada yerləşən 28 500 ABŞ Silahlı Qüvvələrinin Koreya (USFK) hərbçilərinin statusu və Koreya yarımadasındakı təhlükəsizlik kimi hərtərəfli məsələləri müzakirə edəcəklərini bildirib. O, ABŞ-ın Çinlə mübarizə strategiyasının bir hissəsi olaraq USFK ilə bağlı daha çox "çeviklik" tələb etdiyini söylədi.


Li, ABŞ-ın bu tələbinin "asanlıqla qəbul edilə bilməyəcəyini" ifadə edərək, "Əvəzində USFK-nın gələcəyə yönəlmiş strateji transformasiyası ilə bağlı müzakirələr bizim nöqteyi-nəzərimizdən zəruridir" dedi.

Li Trampla ticarət və iqtisadi məsələləri müzakirə edəcəklərini və ABŞ-ın müzakirə edəcəkləri mövzularda “ağılsız tələblər irəli sürməyəcəyinə” inandığını bildirib. O, əlavə edib: “Son nəticədə biz real və ağlabatan bir nəticəyə gələcəyik”.

İyulun 31-də ABŞ prezidenti Tramp Cənubi Koreya ilə ticarət razılaşması əldə etdiklərini və ölkəyə 15%-lik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2025