Zəfərdən İnkişafa: Cənab Prezident İlham Əliyevin Kəlbəcər Səfərləri və Böyük Qayıdışın Yol Xəritəsi
Tarix: 25-08-2025 | Saat: 17:53
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə növbəti səfəri, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davam edən bərpa və inkişaf proseslərinin mühüm mərhələsini əks etdirir. Dövlət başçısının bu səfər zamanı etdiyi çıxış və verdiyi mesajlar həm regionun gələcək inkişaf konsepsiyasını, həm də Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyi və dövlət iradəsinin təntənəsi idi. “Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik,” – deyə Prezident qeyd etdi. O, bu tarixi qələbənin əsas səbəbləri sırasında milli həmrəylik, peşəkar ordu və uzaqgörən diplomatiyanı xüsusi vurğuladı.
Eyni zamanda, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması qərarının strateji baxımdan ən doğru addım olduğu bildirildi. Bu qərar Azərbaycanın hərbi və siyasi üstünlüyünü qorumaqla yanaşı, münaqişənin uzunmüddətli və davamlı həllinə şərait yaratdı.
Prezidentin çıxışında 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri də xüsusi qeyd olundu. Dövlət başçısı bildirdi ki, “Bizim üçün 2023-cü ilin 19–20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir.” Bu bəyanat Azərbaycanın öz ərazisində separatçılığa qarşı hüquqi və hərbi tədbirlər həyata keçirərək suverenliyini tam bərpa etdiyini təsdiqlədi.
Ermənistanla aparılan sülh danışıqları çərçivəsində Prezident İlham Əliyev Azərbaycanın prinsipial və ardıcıl mövqeyinin sülh müqaviləsinin əsasını təşkil etdiyini vurğuladı. “Sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür,” – deyə o qeyd etdi. Bu, Azərbaycanın regional təhlükəsizlik və sabitliyin təmin olunmasında məsuliyyətli və uzaqgörən bir dövlət kimi çıxış etdiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin 2022-ci il 26 iyun tarixində Kəlbəcərə etdiyi səfər zamanı bölgənin iqtisadi və sosial inkişafına yönəlik bir sıra mühüm infrastruktur layihələrinin icrasına başlanıldı. Bunlar arasında:
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı;
Yeni hərbi hissənin istifadəyə verilməsi və təhlükəsizlik sistemlərinin möhkəmləndirilməsi;
Kəlbəcər-Laçın avtomobil yolunun inşasına nəzarət və layihə ilə tanışlıq;
Kəlbəcər şəhərinin Baş planı, İşğal və Zəfər muzeyləri kompleksinin təməlinin qoyulması;
Rəqəmsal İdarəetmə Mərkəzi və “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri;
“Çıraq-1” Kiçik Su Elektrik Stansiyasındakı işlərlə tanışlıq;
“İstisu” sanatoriyasının təməli.
Bu layihələr, Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması və əhalinin qayıdışı üçün zəruri infrastrukturun formalaşmasına xidmət edirdi.
2023-cü il 27 may tarixində Prezidentin Kəlbəcərə etdiyi növbəti səfər zamanı əsas diqqət yaşayış, təhsil və enerji sektorlarının inkişafına yönəldildi. Bu səfər çərçivəsində:
Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu;
“Qamışlı” və “Meydan” Kiçik Su Elektrik Stansiyalarının açılışı oldu;
Toğanalı-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın yolları üzərindəki tunellərlə tanışlıq keçirildi;
Yeni hərbi hospital istifadəyə verildi;
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəbin təməli qoyuldu.
Bu addımlar bölgədə dayanıqlı məskunlaşmanın təmin olunmasına və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə zəmin yaratdı.
Prezident İlham Əliyevin Kəlbəcərə son səfəri təkcə inzibati xarakter daşımır, həm də strateji və milli əhəmiyyətli bir hadisə kimi dəyərləndirilir. Onun çıxışında ifadə olunan fikirlər və 2022–2023-cü illərdə həyata keçirilmiş layihələr, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa, inkişaf və reinteqrasiya siyasətinin sistemli və məqsədyönlü şəkildə davam etdiyini göstərir.
Kəlbəcər artıq təkcə zəngin təbiəti və tarixi ilə deyil, həm də müasir Azərbaycanın yeni simvolu kimi formalaşır. Bu inkişafın əsasını Prezident İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və xalq-dövlət birliyinə əsaslanan yanaşması təşkil edir.
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2025