Laçının Ermənilərə Təhvil Verilməsinin Arxasında Dayanan Məkrli Siyasi Niyyətlər
Tarix: 25-08-2025 | Saat: 16:08
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan tarixinin ağrılı səhifələrindən biri olan Laçın rayonunun işğalı, uzun illər boyunca təkcə hərbi yox, həm də siyasi müstəvidə xalqımızın ədalət mübarizəsini təmsil edib. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın şəhəri, həm strateji əhəmiyyətinə, həm də Azərbaycan xalqının mədəni-tarixi irsi baxımından xüsusi önəm daşıyırdı. Ancaq Laçının işğalı təkcə hərbi əməliyyat nəticəsi deyildi – bu prosesin arxasında Rəsmi İrəvanın uzunmüddətli və məkrli siyasi planları dayanırdı. Laçının coğrafi mövqeyi Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında körpü rolunu oynayırdı. Bu səbəbdən də Ermənistan rəhbərliyi üçün Laçının ələ keçirilməsi və bu ərazidən "dəhliz" kimi istifadə edilməsi əsas strateji hədəflərdən biri idi. Hələ sovet dövründə belə, bu regionda etnik balansı dəyişdirməyə yönəlik gizli fəaliyyətlər müşahidə olunurdu. 1992-ci ildə Laçının işğalı ilə Rəsmi İrəvan özünün uzun müddətdir planlaşdırdığı "Laçın dəhlizi" ideyasını gerçəkləşdirdi. Bu, Dağlıq Qarabağda yaradılan qondarma rejimin Ermənistanla birbaşa əlaqəsini təmin etməklə yanaşı, bölgədəki separatçı hərəkatı daha da gücləndirdi. Bu dəhliz, illərlə qanunsuz silah daşımalarının, narkotik və insan alverinin bir hissəsi kimi istifadə olundu. Laçının işğalından sonra bölgədəki azərbaycanlılara məxsus tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və qədim tikililər sistemli şəkildə dağıdıldı. Bu, təkcə hərbi işğal deyil, mədəni soyqırımın da bir forması idi. Ermənilər Laçında Azərbaycan xalqının izlərini silmək və bölgəni "erməniləşdirmək" üçün məqsədyönlü şəkildə hərəkət edirdilər. UNESCO və digər beynəlxalq qurumların susqunluğu isə bu cinayətlərin qarşısının alınmasına mane oldu. 2020-ci ildə Azərbaycan Ordusunun şanlı zəfəri nəticəsində 10 noyabr üçtərəfli bəyanatı ilə Laçın rayonu döyüşsüz şəkildə Azərbaycana təhvil verildi. Bu, həm Azərbaycanın siyasi iradəsinin, həm də hərbi gücünün təntənəsi idi. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, Rəsmi İrəvan geri çəkilərkən bölgədəki infrastruktur obyektlərini, meşələri və yaşayış evlərini yandırmaqla öz vandal mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan dövləti qısa müddət ərzində Laçının bərpası üçün genişmiqyaslı layihələr həyata keçirdi. İnfrastruktur yenidən quruldu, yollar, məktəblər, xəstəxanalar inşa edildi. Artıq köç prosesi başlayıb və keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır. 26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan təkcə bir xatirə deyil, həm də xalqımızın gücünün, səbrinin və iradəsinin təntənəsidir. Laçının işğalı və onun arxasındakı məkrli siyasi niyyətlər, Ermənistan rəhbərliyinin regionda sabitlik və sülh istəmədiyini açıq şəkildə nümayiş etdirmişdi. Bu gün isə Azərbaycan öz torpaqlarında əbədi və əzəli varlığını bərpa edir. Laçının dirçəlişi – Azərbaycanın gücünün və ədalətə olan inamının canlı sübutudur.
Təbriz Nəsibli
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2025