Kollecdə 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib -Fotolar
Tarix: 19-09-2025 | Saat: 15:31
Bölmə:Özəl / Təhsil | çapa göndər

Sentyabrın 20-si Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu münasibətlə UNEC nəzdində Sosial-İqtisadi Kollecdə “Mənim suveren ölkəm” adlı tədbir keçirildi.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin tədbirin mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə başladı.
Kollecin metodisti Sveta Behbudova çıxış edərək qeyd etdi ki, 2023-cü ilin sentyabrında cəmi 24 saat ərzində keçirilmiş lokal anti-terror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Cəmi bir gün davam edən anti-terror əməliyyatları nəticəsində Konstitusiyamızın aliliyi, dövlətin hüquqi və inzibati hakimiyyəti ölkəmizin bütün ərazisində təmin olundu.Bu gün biz xoşbəxtik ki,hər bir Azərbaycan övladı Vətən, torpaq və millət uğrunda canından keçməyə hazırdır.Bu torpaqlar bizə asanlıqla verilməyib. Onlar şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qorunub.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən,xüsusilə dövlət suverenliyinin tam bərpa olunması istiqamətində atılan qətiyyətli addımlardan söz açıb. M.Hacıbəyov çıxışında vurğuladı ki, bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrlərindən birini yaşayır. Müstəqil, suveren və nüfuzlu bir ölkəyə çevrilmiş Azərbaycan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yolun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi sayəsində dünya miqyasında söz sahibinə çevrilmişdir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin müstəqilliyini, suverenliyini və milli maraqlarını qorumaq üçün daim hazırlıqlıdırlar.
Tədbir kollecin tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-09-2025