Praqmatik diplomatiya və regional sabitlik
Tarix: 22-01-2026 | Saat: 12:07
Bölmə:Siyasət | çapa göndər

Qlobal siyasi proseslər sürətlə dəyişir və beynəlxalq münasibətlər sistemi artıq klassik qaydalarla idarə olunmur. Cənab Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər bu dəyişikliklərin mahiyyətini dəqiq şəkildə ifadə edir. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq münasibətlər yeni eraya qədəm qoyub və bu mərhələdə hüququn aliliyindən daha çox güc balansı həlledici rol oynayır. Belə bir şəraitdə hər bir ölkənin öz potensialını düzgün qiymətləndirərək realist və çevik strategiya formalaşdırması həyati əhəmiyyət daşıyır.
Azərbaycanın seçdiyi yol məhz bu reallıqlara əsaslanır. Dövlətimiz ilk növbədə öz regionunda dayanıqlı münasibətlər qurmağı, daha sonra isə bu təməl üzərində qlobal əməkdaşlıqları inkişaf etdirməyi prioritet hesab edir. Bu yanaşma Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətini gücləndirməklə yanaşı, onu etibarlı tərəfdaş kimi təqdim edir. Bu gün Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika bu strategiyanın real nəticələr verdiyini göstərir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün iki ölkə arasında münasibətlər qarşıdurma mərhələsindən əməkdaşlıq müstəvisinə keçməkdədir. Ermənistana gedən yüklərə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və bu ölkənin ehtiyac duyduğu əsas malların, xüsusilə neft məhsullarının tədarükünə başlanması regionda yeni siyasi atmosfer formalaşdırır. Bu əməkdaşlıq modeli göstərir ki, sülh yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və humanitar addımlarla möhkəmləndirilə bilər.
Prezident İlham Əliyevin “bu vəziyyətdən hamı udur” fikri Azərbaycanın sülhə yanaşmasının mahiyyətini açır. Burada qalib və məğlub anlayışı yoxdur; əsas məqsəd regionun uzunmüddətli sabitliyini təmin etməkdir. Ermənistan və Azərbaycan cəmiyyətlərinin, eləcə də vətəndaş cəmiyyətlərinin birgə səyləri ilə Qafqazda müvəqqəti deyil, davamlı və əbədi sülhün qurulması perspektivi məhz bu yanaşmadan qaynaqlanır. Enerji bazarları ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın qlobal iqtisadi proseslərdə məsuliyyətli oyunçu olduğunu təsdiqləyir. Neft qiymətlərinin sabit qalması həm hasilatçılar, həm də istehlakçılar üçün proqnozlaşdırıla bilən mühit yaradır. Dövlət başçımızın vurğuladığı kimi, müxtəlif bölgələrdə baş verən geosiyasi gərginliklərin enerji bazarına ciddi təsir etməməsi Azərbaycanın və tərəfdaşlarının uzunmüddətli planlama imkanlarını artırır. Bu isə ölkəmizin enerji siyasətinin düzgün qurulduğunu göstərir.
Avropa Parlamenti ilə bağlı səsləndirilən tənqidi fikirlər də Azərbaycanın prinsipial və ədalətli yanaşmasının ifadəsidir. Ermənistanın belə Azərbaycanla əlaqələri müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin əsassız ittihamlar səsləndirməsi bu qurumun reallıqlardan uzaq mövqe tutduğunu nümayiş etdirir. ABŞ-da sülh müqaviləsinin paraflanması fonunda bu cür yanaşmalar Avropa Parlamentini çıxılmaz vəziyyətə salır. Bütövlükdə, cənab Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyənləşdirdiyini göstərir. Praqmatik diplomatiya, regional əməkdaşlıq və balanslı enerji siyasəti ölkəmizi Cənubi Qafqazın sabitlik və inkişaf mərkəzinə çevirir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026