Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. -Fotolar
Tarix: 22-01-2026 | Saat: 12:12
Bölmə:Karusel / Siyasət / Parlament | çapa göndər

Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclası açaraq növbəti sessiyadakı fəaliyyətlərində komitə üzvlərinə uğurlar arzulayıb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
O, gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, habelə “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil edildiyini söyləyib.
Sonra komitə sədri payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. O, sessiyanın məhsuldar olduğunu, bu müddətdə komitənin 9 iclasının keçirildiyini, 12 məsələnin müzakirə edildiyini bildirib. Qeyd olunub ki, sessiya dövründə Elm və təhsil komitəsinin təşkilatçılığı ilə bir sıra Ali təhsil müəssisələrində “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra elmi konfranslar keçirilib, millət vəkillərinin məruzələri dinlənilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə komitənin sədri və üzvləri Vətən müharibəsi şəhidlərinin anım günlərinə həsr olunmuş tədbirlərdə iştirak edib, şəhid ailələrinin üzvləri ilə görüşüblər. Komitə sədrinin qəbul günlərində 24 nəfər vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Bununla yanaşı, sessiya ərzində komitəyə daxil olan ərizə və məktublara baxılıb, lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Sonra Anar İsgəndərov komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O, iş planına qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, habelə qanunlarda ediləcək dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini, habelə sessiya ərsində təhsillə bağlı ictimai dinləmələrin keçirilməsinin və digər tədbirlərin nəzərdə tutulduğunu söyləyib.
Hər iki məsələ ətrafında müzakirələrdə komitənin sədr müavini Fariz İsmayılzadə, üzvləri Elçin Mirzəbəyli, Ceyhun Məmmədov, Vasif Qafarov, Elnarə Akimova çıxış edərək, öz qeyd və təkliflərini səsləndiriblər.
İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrini təqdim edib.
Nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasına əsasən, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bunu nəzərə alaraq, normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsində dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.
“Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən şöbə müdiri layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, sənədə dair heç bir əlavə qeydin olmadığını bildirib.
Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
İclasda komitə üzvləri Tamam Cəfərova, Əziz Ələkbərov, Afət Həsənova, Şahin Seyidzadə, Samir Vəliyev, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2026