Mobil versiya
ABŞ institutundan sensasion iddia – “Putin Kiyevi 9 Mayın qisası üçün vurdu”
Tarix: 25-05-2026 | Saat: 22:00
Bölmə:Özəl | çapa göndər

ABŞ institutundan sensasion iddia – “Putin Kiyevi 9 Mayın qisası üçün vurdu”


Rusiyanın Kiyevə mayın 24-də həyata keçirdiyi kütləvi raket və dron hücumları ilə bağlı diqqətçəkən iddia ortaya atılıb. ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Institute for the Study of War (ISW) hesab edir ki, hücumların əsas məqsədi Kremlin 9 May paradı ətrafında yaranan zəiflik görüntüsünü aradan qaldırmaq olub.

Hesabatda qeyd olunur ki, hücumlar zamanı Ukraynanın bir sıra strateji və inzibati obyektlərinə ciddi ziyan dəyib. Zərbələr nəticəsində hökumət binaları, mədəniyyət obyektləri və digər infrastruktur hədəfə alınıb.

Analitiklər bildirirlər ki, Kreml daha əvvəl Ukraynanın 9 May tədbirlərinə zərbə endirəcəyi halda Kiyevdəki “qərar qəbul edən mərkəzləri” vurmaqla hədələmişdi. Lakin Ukrayna həmin tədbirlərə hücum etməyib.

Institute for the Study of War hesab edir ki, Rusiyanın “Oreşnik” raketləri ilə bağlı sərt açıqlamaları əslində Kremlin öz hava məkanını Ukrayna hücumlarından tam qoruya bilməməsi ilə bağlı yaranan tənqidləri ört-basdır etməyə yönəlmişdi.

Ekspertlərin fikrincə, Vladimir Putin Kiyevə endirilən son zərbələrlə həm daxili auditoriyaya güc mesajı verməyə, həm də 9 May paradı ətrafında yaranan uğursuzluq görüntüsünü dəyişməyə çalışıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2026