Eltun Süleymanov: "Azərbaycanda kənd təsərrüfatının elmə əsaslanan yeni modeli yaradılır"
Tarix: 25-05-2026 | Saat: 20:30
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bəzən dövlət siyasətində elə qərarlar və yanaşmalar olur ki, onların əhəmiyyəti yalnız bu günlə ölçülmür. Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də məhz belə strateji yanaşmalardandır. Bu çıxış yalnız istehsal həcmləri, subsidiya mexanizmləri və ya iqtisadi göstəricilər haqqında hesabat xarakteri daşımırdı. Burada daha geniş məna vardı – Azərbaycan kəndinin gələcək modeli, kənd həyatının yeni fəlsəfəsi və ölkənin ərzaq təhlükəsizliyinin perspektivləri.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, iyirmi ildən artıq müddətdə ölkədə həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatı üçün yeni bir reallıq formalaşdırdı. Bir vaxtlar infrastruktur çatışmazlığı ilə üzləşən bölgələr bu gün tamamilə fərqli mənzərəyə malikdir. Vaxtilə qaz xəttinin olmadığı kəndlərə mavi yanacaq gəlib, elektrik enerjisi problemi aradan qaldırılıb, yollar çəkilib, su anbarları tikilib, kanallar yenidən qurulub. Əslində kənd təsərrüfatının inkişafı yalnız torpağın məhsuldarlığı ilə ölçülmür. Kənd təsərrüfatı ilk növbədə insan həyatıdır. İnsan isə yaşamaq üçün rahat mühit, infrastruktur və sosial təminat istəyir. Məhz buna görə son illər bölgələrdə xəstəxanaların, məktəblərin tikilməsi, xidmət sahələrinin genişləndirilməsi aqrar inkişafın ayrılmaz hissəsinə çevrildi. Cənab Prezident İlham Əliyevin müşavirədə xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz kəndlə şəhər arasındakı fərqin azaldılması idi. Uzun illər dünyanın müxtəlif ölkələri eyni problemlə üzləşib: insanlar kəndlərdən şəhərlərə köçür, kəndlər boşalır, istehsal imkanları zəifləyir. Azərbaycan isə fərqli yanaşma ortaya qoyur. Məqsəd kənddən şəhərə axını davam etdirmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, şəhərdən kəndə dönüş başlasın. Bu fikir təkcə demoqrafik proses deyil. Bu, eyni zamanda iqtisadi və sosial yanaşmanın dəyişməsi deməkdir. Çünki müasir kənd yalnız əkin-biçin məkanı kimi yox xidmətlərin, turizmin, kiçik sahibkarlığın və yeni texnologiyaların birləşdiyi yaşayış məkanı olmalıdır. Müşavirədə səsləndirilən rəqəmlər göstərir ki, son illərdə bir çox istiqamətlərdə ciddi nəticələr əldə olunub. Pambıqçılıq yenidən dirçəlib. Vaxtilə istehsalın minimum həddə düşdüyü bir sahədə indi yüz minlərlə ton məhsul əldə olunur. Baramaçılıq yenidən nəfəs alıb. Fındıqçılıq inkişaf edib. Meyvəçilik və tərəvəzçilik ixrac potensialını artırıb.
Əldə edilən uğurlarla yanaşı, müşavirədə yeni çağırışlar da açıq şəkildə səsləndirildi. Dövlət başçısı qeyd etdi ki, son illərdə kənd təsərrüfatında mövcud dinamika tam qənaətbəxş deyil. Bu isə onu göstərir ki, artıq əvvəlki mərhələnin üsulları gələcək inkişaf üçün kifayət etmir. Bu gün dünya dəyişir. Müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər, enerji böhranları və iqlim dəyişiklikləri ərzaq məsələsini hər bir ölkənin strateji gündəliyinə çıxarıb. Artıq söhbət yalnız bazara məhsul çıxarmaqdan getmir. Söhbət dövlətlərin öz təhlükəsizliyindən gedir. Məhz buna görə müşavirədə özünü təminetmə göstəricilərinə xüsusi diqqət ayrıldı. Bir sıra məhsullar üzrə Azərbaycan yüksək nəticələr əldə edib. Ancaq bəzi strateji istiqamətlərdə hələ də xarici asılılıq qalır. Buğda məsələsi xüsusilə diqqət çəkir. Ölkənin ərzaq təhlükəsizliyində əsas yer tutan məhsul üzrə təminatın istənilən səviyyədə olmaması yeni yanaşmalar tələb edir. Cənab Prezidentin çıxışının ən mühüm cəhətlərindən biri problemin göstərilməsi deyil, həll yollarının təqdim olunması idi. Yeni mərhələdə torpaqlardan istifadəyə fərqli yanaşma tətbiq ediləcək. Hər torpaq sahəsinin öz "pasportu" olacaq. Müasir texnologiyalar, süni intellekt imkanları, peyk müşahidələri və elektron analiz sistemləri vasitəsilə müəyyən ediləcək ki, hansı ərazidə hansı məhsul daha yüksək gəlir gətirə bilər. Bu, sadəcə texniki dəyişiklik deyil. Bu, kənd təsərrüfatının elmə əsaslanan yeni modelidir.
Su məsələsi də cənab Prezidentin çıxışının əsas istiqamətlərindən biri idi. Yeni su anbarlarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Şirvan və Qarabağ kanallarının yenidən qurulması təkcə torpaqları su ilə təmin etmək məqsədi daşımır. Bu layihələr gələcəkdə yüz minlərlə hektar torpağın iqtisadi dövriyyəyə qaytarılmasına imkan yarada bilər. Müşavirədə səsləndirilən digər mühüm mesaj isə əlavə dəyərin yaradılması ilə bağlı idi. Artıq əsas məqsəd xammal ixrac etmək deyil. Məhsulun emal olunması, hazır məhsulun bazarlara çıxarılması, yeni istehsal müəssisələrinin yaradılması əsas hədəflərdən biridir. Bu yanaşma kənd təsərrüfatını sadəcə məhsul istehsal edən sahədən sənaye və ixrac potensialı yaradan sektora çevirə bilər.
Bu gün Azərbaycanın qarşısında duran vəzifə təkcə daha çox məhsul yetişdirmək deyil. Əsas məqsəd torpağın imkanlarını insan kapitalı, texnologiya və müasir idarəetmə ilə birləşdirərək yeni inkişaf modelini formalaşdırmaqdır. Çünki güclü kənd təsərrüfatı yalnız iqtisadi göstərici deyil. Bu, güclü kənd, güclü region və nəticə etibarilə güclü dövlət deməkdir-deyə E. Süleymanov fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-05-2026