Elektrik 3 dəfə ucuzdur – Şirkətlər bu ölkəyə axın edir
Tarix: 25-05-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Cənubi Amerikada enerji qiymətləri ilə bağlı yaranan fərq sənaye şirkətlərinin istiqamətini dəyişməyə başlayıb. Artan enerji xərcləri və yüksək vergilər səbəbindən bir çox Braziliya şirkəti fəaliyyətini Paraguaya köçürür.
Əsas səbəblərdən biri isə elektrik enerjisinin qiymətidir. Məlumata görə, Paraguayda sənaye müəssisələri üçün elektrik enerjisi təxminən 5 sentə başa gəlir. Brazilda isə bu rəqəm 16 sentə qədər yüksəlir. Beləliklə, enerji xərcləri təxminən 3 dəfə daha sərfəli olur.
Paraqvay hökumətinin tətbiq etdiyi aşağı vergi siyasəti də investorların marağını artırır. Ölkədə əlavə dəyər vergisi və korporativ vergi təxminən 10 faiz səviyyəsindədir. Braziliyada isə korporativ vergi yükünün 34 faizə çatdığı bildirilir.
Məlumata görə, “Maquila” adlı xüsusi istehsal rejimindən istifadə edən yüzlərlə müəssisənin böyük hissəsi Braziliya mənşəlidir. Bu sistem şirkətlərə xammal idxalında gömrük rüsumundan azad olmaq və ixrac zamanı minimal vergi ödəmək imkanı yaradır.
Hətta məşhur 104 illik Braziliya markası Lupo da yeni zavodunu Ciudad del Este şəhərində açıb. Şirkət burada istehsal xərclərinin Braziliya ilə müqayisədə 28 faiz daha aşağı olduğunu açıqlayıb.
Ekspertlər hesab edirlər ki, yaxın illərdə ucuz və stabil enerji resursları ölkələrin sənaye rəqabətində ən vacib üstünlüklərdən birinə çevriləcək. Bu səbəbdən enerji baxımından sərfəli ölkələrə marağın daha da artacağı gözlənilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-05-2026