Mobil versiya
Tramp əvvəl UFC döyüşünə baxacaq, sonra G7 sammitinə yollanacaq
Tarix: 04-06-2026 | Saat: 20:43
Bölmə:Özəl | çapa göndər

Tramp əvvəl UFC döyüşünə baxacaq, sonra G7 sammitinə yollanacaq


ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini açıqlayıb. O bildirib ki, sammitə yollanmadan əvvəl Vaşinqtonda təşkil olunacaq UFC çempionluq döyüşlərini izləyəcək.

Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada qarşıdakı UFC gecəsinin Amerika idman tarixinin ən yaddaqalan tədbirlərindən biri olacağını qeyd edib.

Məlumata görə, iyunun 14-də ilk dəfə olaraq UFC döyüşləri ABŞ prezidentinin iqamətgahının ərazisində təşkil olunacaq. Tədbir ABŞ-ın qarşıdan gələn milli bayram tədbirləri çərçivəsində keçiriləcək.

Gecənin əsas qarşılaşması UFC-nin yüngül çəki üzrə çempionu İlia Topuria ilə amerikalı Castin Qetje arasında baş tutacaq.

Bundan sonra Donald Tramp Fransanın Evian şəhərində keçiriləcək G7 sammitinə qatılacaq. İyunun 15-17-də keçiriləcək toplantıda dünya liderlərinin qlobal iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq münasibətlərlə bağlı mühüm müzakirələr aparacağı gözlənilir.

Sammitdə Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026