28 yaşlı Qəmzənin ölümünə səbəb olan klinika BAĞLANDI
Tarix: 04-06-2026 | Saat: 17:22
Bölmə:Ölkə | çapa göndər

İstanbulda allergiyası olduğu bildirilməsinə baxmayaraq venadaxili iynə vurulduqdan sonra həyatını itirən 28 yaşlı Qəmzə Yıldızın ölümü ilə bağlı yeni qərar verilib.
aia.az xəbər verir ki, ailənin günlərdir etiraz etdiyi özəl tibb mərkəzi Türkiyə Səhiyyə Nazirliyinin qərarı ilə bağlanıb.
İddialara görə, qrip əlamətləri ilə özəl tibb mərkəzinə müraciət edən Qəmzə Yıldıza allergiyası olduğu bildirilsə də, venadaxili məhlul tətbiq edilib. Gənc qadının vəziyyəti daha sonra ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib. Bir aylıq müalicədən sonra isə həyatını itirib.
Hadisədən sonra ailə tibb mərkəzinin qarşısında etiraz aksiyası keçirərək məsul şəxslərin cəzalandırılmasını tələb edib. Ailə iddia edib ki, hadisə zamanı mərkəzdə növbətçi həkim olmayıb və müdaxilə səlahiyyətsiz tibb işçisi tərəfindən həyata keçirilib.
Baş verənlərdən sonra Türkiyə Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Aparılan yoxlamalardan sonra sözügedən özəl tibb mərkəzinin fəaliyyətinin dayandırılmasına qərar verilib.
Qəmzə Yıldızın anası Suna Doğantekin qərardan sonra açıqlamasında bildirib:
“19 gün etiraz etdik. Nəhayət mərkəzin bağlanmasına qərar verildi. Acı ilə sevincin qarışdığı hisslər yaşayırıq. Bu qərar bizə bir qədər təsəlli verdi. Amma hüquqi mübarizəmiz davam edəcək”.
Ailə bildirib ki, məqsədləri yalnız tibb mərkəzinin bağlanması deyil, hadisədə məsuliyyəti olan şəxslərin ən ağır şəkildə cəzalandırılmasıdır.
Qəmzənin xalası Burcu Doğantekin isə etiraz aksiyası zamanı təhdid olunduqlarını iddia edib. Onun sözlərinə görə, bir şəxs ailəni silahla hədələməyə çalışıb.
Burcu Doğantekin bildirib ki, hadisə ilə bağlı həm məhkəmə, həm də inzibati araşdırma davam edir. Ailə hazırda məhkəmə-tibbi ekspertizasının rəyini gözləyir.
Qeyd edək ki, “Qəmzə Yıldız üçün Ədalət” adlı sosial media səhifəsində ailə proseslə bağlı bütün yenilikləri paylaşır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər