“Onlar da müharibəni bizim kimi hiss edəcəklər”
Tarix: 10-06-2026 | Saat: 10:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raket hücumlarının sayını artırmaqla hədələyib.
aia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə Estoniyada çıxışı zamanı danışıb.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumlara maksimum cavab verməyə imkan verəcək sayda silaha sahib olacağını bildirib.
“Rusiya da başa düşür ki, əgər 600 dron və raket atılarsa, onlar bu müharibəni bizim kimi hiss edəcəklər”, - o deyib.
Ukrayna lideri həmçinin Avropanın da Rusiya ilə danışıqlarda iştirak etməli olduğunu bəyan edib.
“Avropa istənilən danışıqlarda iştirak etməlidir. Avropa sadəcə vasitəçi rolunda çıxış edə bilməz, çünki onlar bizim tərəfimizdədir”, - Zelenski vurğulayıb.
Bundan əlavə, Ukrayna prezidenti ABŞ lideri Donald Trampdan hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü xahişinə cavab aldığını qeyd edib, lakin bunu açıqlaya bilməyəcəyini söyləyib.
“Təfərrüatı sizinlə bölüşə bilmərəm, lakin mənim dövlətimə xeyli sayda zenit-raket vasitələri lazımdır. Mən cavab aldım, amma onu sizinlə bölüşə bilmərəm”, - Zelenski əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər