Mobil versiya
Azərbaycanda kitabxanalar bağlanır? - Nazirdən CAVAB
Tarix: 10-06-2026 | Saat: 11:23
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda kitabxanalar bağlanır? -


Mədəniyyət Nazirliyi kitabxana strukturkalarında davamlı monitorinqlər həyata keçirir.

aia.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, son 3 il ərzindəki monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb.

"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".

Adil Kərimli qeyd edib ki, bəzən cəmiyyət arasında səslənən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud kitabxanalara soyuq yanaşma var" kimi fikirlər qəti şəkildə qəbuledilməzdir.

"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".

Nazir bildirib ki, kitabxanalarla bağlı dünya standartları var ki, nazirlik bütün bu prinsipləri nəzərə alaraq yeni model formalaşdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2026