Manaf Manafov: "Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixində ən önəmli hadisələrdən biridir"
Tarix: 10-06-2026 | Saat: 11:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarixdə elə hadisələr baş verir ki, onların nəticəsi yalnız müəyyən bir dövrü deyil, gələcək onillikləri də formalaşdırır. Belə mühüm hadisələrdən biri də 2021-ci il iyunun 15-də Azərbaycanın tarixi və mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir. Bu sənəd iki qardaş ölkə arasındakı münasibətlərin daha yüksək mərhələyə yüksəldiyini təsdiqləməklə yanaşı, regionun siyasi və geostrateji gələcəyinə təsir edən mühüm addım kimi tarixə düşmüşdür.
Bunları aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən hakim partiya təmsilçisi qeyd edib ki, Şuşa Bəyannaməsi təkcə dövlətlərarası əməkdaşlığı əks etdirən rəsmi sənəd deyil. Bu sənəd ortaq tarixə, milli-mənəvi dəyərlərə və gələcəyə yönəlmiş ümumi məqsədlərə əsaslanan güclü siyasi iradənin ifadəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu sənədin təməlində böyük tarixi irs dayanır. Bəyannamədə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının əks olunması Azərbaycan–Türkiyə münasibətlərinin ideoloji əsaslarını bir daha nümayiş etdirir. Bu sənədin mahiyyəti yalnız iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi ilə məhdudlaşmır. Burada eyni kökə, ortaq mədəniyyətə və ortaq dəyərlərə malik iki xalqın gələcək inkişaf perspektivləri öz əksini tapır. Bəyannamənin məhz Şuşada imzalanması isə xüsusi siyasi və mənəvi məna daşıyır. Şuşa Azərbaycan xalqının mədəniyyətinin, milli ruhunun və tarixi yaddaşının simvoludur. İşğaldan azad edilmiş bu şəhərdə belə bir sənədin imzalanması bütün dünyaya Azərbaycanın yaratdığı yeni reallıqları nümayiş etdirdi. Bu addım göstərdi ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü təmin etməyib, eyni zamanda bölgədə yeni inkişaf və əməkdaşlıq mərhələsinin əsasını qoyub. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlərin artıq adi tərəfdaşlıq səviyyəsindən çıxaraq strateji müttəfiqlik mərhələsinə keçdiyini rəsmiləşdirdi. Bu gün hər iki ölkənin təhlükəsizlik, iqtisadi inkişaf və regional maraqları vahid strateji yanaşma çərçivəsində uzlaşır. Dünyada siyasi proseslərin sürətlə dəyişdiyi, yeni güc mərkəzlərinin meydana çıxdığı bir dövrdə bu sənəd regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Müsahibimiz onu da bildirib ki, bəyannamənin ən vacib xüsusiyyətlərindən biri əməkdaşlığın çoxşaxəli istiqamətlərini əhatə etməsidir. Xarici siyasətdə qarşılıqlı fəaliyyət, beynəlxalq təşkilatlarda bir-birinə dəstək, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, elm, təhsil, mədəniyyət, informasiya siyasəti, diaspor fəaliyyəti və müdafiə sənayesi kimi sahələr sənəddə xüsusi yer tutur. Bu istiqamətlər Azərbaycan və Türkiyənin gələcək inkişafının vahid strateji konsepsiya əsasında həyata keçiriləcəyini göstərir. İqtisadi əməkdaşlıq sahəsində Şuşa Bəyannaməsi yeni imkanlar açmışdır. Sənəd qarşılıqlı investisiyaların artırılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə və yeni iqtisadi layihələrin həyata keçirilməsinə güclü təkan verir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərində Türkiyə şirkətlərinin fəal iştirakı bu əməkdaşlığın real nəticələrini nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə müasir yaşayış məntəqələrinin salınması, innovativ texnologiyalara əsaslanan infrastrukturun yaradılması və yeni iqtisadi mərkəzlərin formalaşdırılması regionun gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini artıran əsas məsələlərdən biri də Zəngəzur dəhlizi layihəsidir. Bu layihə yalnız nəqliyyat əlaqələrinin bərpası deyil, həm də regionun iqtisadi və siyasi xəritəsini dəyişdirə biləcək mühüm təşəbbüsdür. Zəngəzur dəhlizi Azərbaycan ilə Türkiyə arasında birbaşa əlaqəni gücləndirəcək, Türk dünyasının inteqrasiyasına yeni imkanlar yaradacaq və Şərq-Qərb nəqliyyat marşrutlarının əhəmiyyətini artıracaqdır. Bunun nəticəsində regionun tranzit imkanları genişlənəcək, ticarət dövriyyəsi artacaq və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaranacaq. Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da sənədin əsas istiqamətlərindəndir. İkinci Qarabağ müharibəsi dövründə əldə olunan təcrübə göstərdi ki, hərbi sahədə koordinasiya və müasir texnologiyaların tətbiqi böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da genişləndirir, birgə layihələr həyata keçirir və silahlı qüvvələrin peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atır.
Şuşa Bəyannaməsi eyni zamanda regionda sülh və sabitliyə qarşı çıxan qüvvələrə ciddi mesaj verir. Sənəd bir daha sübut edir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb və bu reallıqlar artıq möhkəm siyasi əsaslara söykənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənəddə yüz il əvvəl imzalanmış Qars müqaviləsinə istinad olunması xüsusi rəmzi məna daşıyır. Bu, keçmişdən gələcəyə uzanan qardaşlıq və əməkdaşlıq ənənələrinin davam etdiyini göstərir. Bu gün Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirən sənəd kimi deyil, həm də Türk dünyasının birliyini gücləndirən, regional əməkdaşlığı təşviq edən və gələcək inkişafın istiqamətlərini müəyyən edən mühüm strateji sənəd kimi qiymətləndirilir. Onun əhəmiyyəti zaman keçdikcə daha aydın görünür və bu sənəd gələcək nəsillər üçün də mühüm siyasi irs olaraq qalacaqdır.
Tarixin bəzi səhifələri xüsusi məkanlarda və xüsusi qərarlarla yazılır. Şuşa Bəyannaməsinin imzalanması da belə hadisələrdən biridir. 15 iyun 2021-ci ildə Şuşada qəbul edilən bu mühüm sənəd Azərbaycan–Türkiyə qardaşlığının gücünü bir daha nümayiş etdirdi və “Bir millət, iki dövlət” prinsipinin artıq yalnız mənəvi deyil, həm də siyasi və strateji reallıq olduğunu bütün dünyaya göstərdi- deyə, Manaf Manafov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər